“Rəqəmsal məktəb”: hər valideynin fikri dəyərlidir

03-02-2026 / 17:23

“Rəqəmsal məktəb” platformasında “Məktəb sorğusu” bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair keçirilən sorğu valideynlərin təhsil prosesi ilə bağlı rəy və təkliflərini operativ və rahat şəkildə ifadə etməsinə imkan yaradır.

Xeberler.az bildirir ki, toplanılan rəylər təhlil edilərək mövcud vəziyyətin qiymətləndirilməsinə, problemlərin vaxtında müəyyənləşdirilməsinə və daha səmərəli qərarların qəbuluna zəmin yaradır.

Sorğuda valideyn yalnız övladının təhsil aldığı müəssisəyə dair rəy verə bilər. Eyni valideynin iki övladı fərqli məktəblərdə təhsil alırsa, bu zaman valideynə hər iki övladının məktəbinə dair rəy vermək imkanı yaradılır.

Sorğuya keçid: https://digital.edu.az/cabinet/survey.

Qeyd edək ki, sorğunun keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirmək, məktəb–valideyn əməkdaşlığını inkişaf etdirmək, fəaliyyətin daha səmərəli təşkilinə dəstək vermək, həmçinin effektiv kommunikasiya imkanlarını genişləndirməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə