Previous Next
Bağla

Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

31-03-2021 21:07
Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

Təhsil Nazirliyi rəy sorğusu təşkil edib. Hansısa qərarların qəbulundan öncə, ictimai fikrin öyrənilməsi baxımından Nazirliyin bu təşəbbüsü təqdirə layiqdir. Amma burada ziddiyyətli məqamlar da var.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O bildirib ki, bu cür sorğuya ehtiyac yox idi:

"Məlumdur ki, ötən il pandemiya başlayarkən nazirlik bütün ölkə üzrə təhsil müəssisələrində distant təhsilin təşkili vəziyyətini öyrənmək üçün çox faydalı bir sorğu təşkil etmişdi. Sorğu nəticəsində Təhsil nazirliyinin əlində ictimai əhəmiyyət kəsb edən nəhəng məlumat bazası formalaşmışdı. Bu məlumat əsasında qurum ölkədə distant təhsil formasına keçidin texniki-texnoloji təminatı baxımından hansı problemlər yaradacağını qabaqcadan görə bilirdi. Yeri gəlmişkən, nazirlik "İnformasiya əldə edilməsi haqqında" Qanunun tələblərinə zidd olaraq bu informasiyanı indiyədək də açıqlamayıb.

Ötən il pandemiya müddətində hökumət tərəfindən təhsil sisteminin, müəllimlərin və təhsil alanların texniki-texnoloji təminatı istiqamətində başqa ölkələrdən fərqli olaraq, hər hansı ciddi addımlar atılmadı. Belə demək mümkünsə, ölkənin bütün ümumtəhsil sistemi pandemiya ilə təkbaşına qaldı. Güman ki, məhz sorğunun nəticəsi əsasında nazirlik teledərslərdən də imtina etmədi. İndi sual olunur ki, belə bir qiymətli, real vəziyyəti əks etdirən məlumat qurumun əlində olduğu halda, yenidən ictimai rəyi öyrənmək görəsən nəyi dəyişəcək”.

O.Gündüz qeyd edib ki, yalnız ötən il pandemiyadan öncə təşkil edilən sorğunun nəticələri açıqlandıqdan sonra, keçirilən sorğu daha faydalı ola bilərdi:
"Əgər reallığı əks etdirən informasiya nazirliyin əlindədirsə və qapalıdırsa, onda hansısa ekspertin və ya sadə vətəndaşın real vəziyyətdən xəbərsiz rəyi əsasında hansısa səmərəli, effektiv qərarlar qəbul etmək olarmı? Lap tutaq ki, ictimai fikir distantın xeyrinə oldu. Amma TN-nin əlində məlumat var ki, ölkənin ümumtəhsil sistemi distanta hazır deyil. Belə olan halda, sorğunun hansı əhəmiyyəti var, ümumiyyətlə sorğuya ehtiyac vardımı? Fikrimcə, yalnız ötən il pandemiyadan öncə qurumun təşkil etdiyi sorğunun nəticələri açıqlandıqdan sonra keçirilən sorğu daha faydalı və ağlabatan ola bilərdi”.

Qeyd edək ki, Təhsil Nazirliyi pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirib. İctimai rəy sorğusunda pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin hansı formada təşkilinin məqsədəuyğun hesab edilməsi ilə bəndlər yer alıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

Təhsil Nazirliyi indiyədək ictimai əhəmiyyət kəsb edən informasiyanı açıqlamayıb

21-01-2021

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023

“Rəqəmsal məktəb”: hər valideynin fikri dəyərlidir

03-02-2026

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022

“Təhsil Nazirliyi bunu etməyə borcludur” - Ekspert

17-09-2020

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

Osman Gündüz: Hansı prioritetdir : blokçeyn yoxsa adi kompüter?

10-07-2019

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

04-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə