Previous Next
Bağla

"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" adlı konfrans keçirilir

28-04-2025 11:48
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" adlı konfrans keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.

Konfrans iştirakçıları “Gülüstan” sarayının foyesində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən uşaqlar arasında keçirilən “Əməyin mühafizəsi” və “Ekologiya mənim fırçamda” rəsm müsabiqələrinin qaliblərinin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əhalinin sosial rifahının yüksəldilməsinin Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Layiqli əməyin təminatı sahəsində aparılan islahatları, uğurlu məşğulluq proqramlarını qeyd edən nazir “Əmək və məşğulluq” altsisteminin üstünlüklərini, dövlətin sosial xidmətlərinin elektronlaşdırılması sahəsində son illər əldə olunan uğurları diqqətə çatdırıb. O, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində son illər atılan mühüm addımları, hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişiklik üzərində işlər aparıldığını qeyd edərək bildirib ki, əməyin mühafizəsi üzrə artıq 58 milli standart təsdiq edilib və daha 111 standart da hazırlanır.

2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzinin, “DOST Müfəttiş” layihəsinin işəgötürənlərə əmək qanunvericiliyinin tətbiqi sahəsində dəstəyini qeyd edən Anar Əliyev iş yerlərində əməyin mühafizəsinin prioritet məsələlərdən olduğunu, bu istiqamətdə davamlı nəzarət, təlimlər və qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb. O həmçinin bu konfransın əmək sferasında baş verən transformasiyaya cavab olaraq yeni təşəbbüslərin, innovativ yanaşmaların müəyyən edilməsində önəmini bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov konfransın mövzusunun aktuallığını vurğulayıb, rəqəmsallaşmanın və süni intellektin əmək bazarına təsirlərini qeyd edib. Bildirilib ki, texniki bacarıqları, bilik və bacarıqlarını artırmalıdırlar. Bu istiqamətdə Azərbaycanda sistemli və ardıcıl işlər görülür. Vurğulanıb ki, ölkəmizdə qəbul edilən “Süni İntellekt Strategiyası” inklüziv məşğulluğun inkişafına, yeni əmək vərdişlərinin formalaşmasına töhfə verəcəkdir.

Qeyd olunub ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindəndir. Eyni zamanda tədbirdə Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlər və nəzərdə tutulan tədbirlər, həmçinin Konfederasiyanın yeni layihələri
barədə məlumat verilib.

ASK-nın prezidenti Məmməd Musayev çıxışında özəl sektorun inkişafı, sahibkar- dövlət, sahibkar-işçi münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb, yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi sahəsində atılan addımları diqqətə çatdırıb. O, son illərdə yeni imzalanan kollektiv müqavilələrin sayının artdığını, əməyin mühafizəsinin təkcə sosial məsələ deyil, həm də milli təhlükəsizlik və davamlı inkişaf məsələsi olduğunu deyib. Məmməd Musayev hər kəsi təhlükəsiz və sağlam əmək məsələlərinə xüsusi həssaslıqla yanaşmağa, bu sahəyə ciddi investisiya və diqqət ayırmağa çağırıb.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru cənab Jilber Hunqbo, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianql, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, BƏT-in Əmək administrasiyası, əmək müfəttişliyi və əməyin mühafizəsi bölməsinin rəhbəri Yoakim Pintado Nunes konfransa videomüraciət ünvanlayaraq təbrik və fikirlərini çatdırıblar.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova süni intellektin insan yaradıcılığı üçün yeni imkanlar açdığını, həmçinin onun faydalarının maksimuma atdırılması və mümkün zərərlərin minimuma endirilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Layiqli Əmək Səfiri Səbinə Əliyeva əmək bazarında insan amilinin önəmini qeyd edib, elmi-texniki tərəqqinin imkanlarından söz açıb. Bildirilib ki, qlobal informasiya cəmiyyətinin formalaşması və dinamik inkişaf edən informasiya- kommunikasiya texnologiyaları cəmiyyətdə yalnız texniki və sosial dəyişiklikləri şərtləndirmir, eləcə də hüquqi yanaşmanın da dəyişməsini tələb edir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev Ümumdünya Əməyin Mühafizəsi Günü və kollektiv müqavilənin 120 illiyi ilə bağlı təbriklərini çatdırıb, əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri barədə fikirlərini bölüşüblər.

Konfransda iştirak edən Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti, Moldova Həmkarlar İttifaqları Federasiyasının sədri cənab İqor Zubku, BƏT-in baş mütəxəssisi Gocha Aleksandria və PARŞ-nin Pan Avropa Regional Şurasının siyasi məsələlər üzrə məsləhətçisi Anna Salnikova beynəlxalq əmək standartları və tövsiyələrdən bəhs ediblər, əmək hüquqları, əməyin mühafizəsi istiqamətində təmsil etdikləri təşkilatın gördüyü işlər barədə məlumat veriblər.

Tədbirdə “Süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi”, “Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə - 120 il”, həmçinin AHİK-in “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələrindən bəhs edən videoçarxlar nümayiş olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BƏT: Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır

28-04-2025

Texnoloji inkişafın əmək bazarına təsiri müzakirə edilib

29-03-2017

Əmək münasibətləri üzrə rəqəmsal həllərin tətbiqi genişlənir

06-03-2025

“Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” adlı konfrans keçirilib

14-03-2025

“DOST Müfəttiş” layihəsi və ƏMAS-a həsr olunmuş tədbir keçirilib

25-09-2024

E-xidmətlərdən istifadə artıb

29-04-2015

ƏMAS-da “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

15-04-2025

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Yollayışların verilməsi prosesi tam rəqəmsallaşdırılıb

02-12-2025

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024

"e-AHİK" elektron rezervasiya sisteminin təqdimatı keçirilib

05-06-2025

“DOST to DOST” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

19-06-2025

“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

03-04-2025

"SOCGOV 2025" beynəlxalq konfransı başa çatıb

24-10-2025

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Dövlət Əmək Müfəttişliyi Xidməti mükafata layiq görülüb

29-12-2024

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022

Azərbaycanda dördüncü Karyera İnkişaf Forumu keçirilir

19-12-2024

Səfir ölkəmizin sosial müdafiə sistemini yüksək qiymətləndirib

14-09-2016

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

Əmək müqaviləsinin e-qeydiyyatı ilə bağlı təqdimatı olub

04-12-2015

BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

20-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə