Previous Next
Bağla

“Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” adlı konfrans keçirilib

14-03-2025 10:25
“Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” adlı konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX), nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA), Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Oğuzda konfrans təşkil olunub.

Xeberler.az məlumat verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda keçirilən konfransda çıxış edən Oğuz RİH-in başçısı Cavid Əbdul-Qədirov tədbirin əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan ardıcıl islahatlar, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə işəgötürənlərin məlumatlandırılması, sosial dialoqun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev iş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində görülən tədbirlər, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinə həmkarlar ittifaqları tərəfindən göstərilən qayğı barədə danışıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl dialoqunun inkişafı və sahibkarların maraqlarının qorunması istiqamətində görülən işləri vurğulayıb.

Sonra panel müzakirəsi keçirilib, mövzu ilə bağlı suallar cavablandırılıb.

C.Əbdul-Qədirov Oğuzda kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılıq, tütünçülük və bağçılığın inkişafından bəhs edib. Eyni zamanda, rayonun güclü turizm potensialına malik olduğunu bildirən icra başçısı sahibkarlara bütün istiqamətlərdə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını deyib.

DƏMX-nin rəisi Vəli Quliyev əmək münasibətlərinin tənzimlənməsi üzrə qanunvericiliyə edilən dəyişikliklərin, tətbiq olunan rəqəmsal həllərin, innovativ yanaşmaların mahiyyət etibarilə daha çox əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasına istiqamətlənən preventiv və proaktiv tədbirləri ehtiva etdiyini vurğulayıb. O, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinə toxunaraq bildirib ki, Mərkəzin əsas təyinatı iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tətbiqi, innovativ texnologiyaların dəstəklənməsi, iş yerlərinin attestasiyasının aparılması kimi sahələrdə işəgötürənlərə metodiki köməklik göstərilməsindən, eləcə də təlim və maarifləndirmə xidmətləri göstərməkdən ibarətdir.

Ötən il əməyin mühafizəsi sahəsində 57 milli standartın təsdiq edildiyini bildirən DƏMX-nin rəisi cari ildə 100-dən çox belə standartın qəbul edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələri vasitəsilə işəgötürənlərə dəstək göstərildiyini, həmin təşəbbüslərin əmək bazarında şəffaflığın və işçi hüquqlarının qorunmasının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev icra olunan aktiv məşğulluq proqramları, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı istiqamətində görülən işlər barədə məlumat verib. O, əmək bazarının tənzimlənməsi və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə DMA tərəfindən mütəmadi olaraq əmək yarmarkalarının keçirildiyini, peşə hazırlığı kurslarının təşkil edildiyini, təqdim edilən vakansiyalar üzrə işlə təminat prosesinin aparıldığını, işsiz və işaxtaran şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin yaradıldığını, gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü məsləhəti xidmətlərinin göstərildiyini qeyd edib.

Agentlik sədri aktiv məşğulluq proqramlarının icrasında işəgötürənlərlə sıx əməkdaşlıq edildiyini bildirib, işəgötürənlər üçün nəzərdə tutulan dəstək layihələri barədə məlumat verib. S.Əliyev, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlarla bağlı icra olunan məşğulluq tədbirlərindən, gənclərin, o cümlədən regionlarda yaşayan gənclərin əmək bazarına çıxışının dəstəklənməsi sahəsində həyata keçirilən layihələrdən söz açıb.

DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov Azərbaycanda sosial sığorta və sosial təminat sahələrində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib, tətbiq edilən innovativ yanaşmalar, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıya qoyulan prioritet hədəflərə toxunaraq elektron infrastruktur vasitəsilə göstərilən proaktiv xidmətləri diqqətə çatdırıb.

Konfrans iştirakçılarının müzakirə edilən mövzularla bağlı sualları cavablandırılıb. Tədbir iştirakçıları Oğuzda keçirilən əmək yarmarkasında iştirak ediblər. Yarmarkada müxtəlif fəaliyyət sahələri üzrə 13 işəgötürən tərəfindən ümumilikdə 60-dan artıq vakansiya təqdim olunub. Sahibkarlarla birgə dəyirmi masa da keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmək münasibətləri üzrə rəqəmsal həllərin tətbiqi genişlənir

06-03-2025

“DOST Müfəttiş” layihəsi və ƏMAS-a həsr olunmuş tədbir keçirilib

25-09-2024

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022

“DOST to DOST” layihəsi üzrə keçirilən təlimlər yekunlaşıb

19-06-2025

“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

03-04-2025

"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" adlı konfrans keçirilir

28-04-2025

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Texnoloji inkişafın əmək bazarına təsiri müzakirə edilib

29-03-2017

Azərbaycanda əmək münasibətləri sistemində yenilik

05-05-2022

ƏMAS-da “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

15-04-2025

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

21-12-2021

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30-01-2026

Anar Əliyev:Nazirlik üzrə elektronlaşma 90 faizdən yüksəkdir

24-09-2025

E-xidmətlərdən istifadə artıb

29-04-2015

Məşğulluq altsistemi istifadəyə verilib

08-11-2019

Peşə hazırlığı təşkil edilən peşə və ixtisasların sayı artırılıb

15-04-2022

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

24-10-2025

Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq müsabiqədə uğur qazanıb

07-01-2025

Işəgötürənlər üçün e-sorğu davam edir

28-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə