Previous Next
Bağla

Əmək müqaviləsinin e-qeydiyyatı ilə bağlı təqdimatı olub

04-12-2015 16:53
Əmək müqaviləsinin e-qeydiyyatı ilə bağlı təqdimatı olub

İtaliyanın Turin şəhərində “Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid” mövzusunda təşkil olunan Qlobal Forumda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin qeyri-formal iqtisadiyyatın məhdudlaşdırılması sahəsində Azərbaycan təcrübəsi (Əmək müqavilələrinin elektron qeydiyyatı sistemi) ilə bağlı təqdimatı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təşkil olunan və planetin bütün qitələri üzrə 20 ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə ölkəmizdə ötən ilin ortalarından etibarən tətbiqinə başlanılan əmək müqavilələrinin elektron qeydiyyat sistemi barədə ətraflı məlumatlar verilib.

Bu yeni sistemin ölkənin əmək bazarına daha çevik və obyektiv, səmərəli nəzarətin həyata keçirilməsində, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, əmək bazarı ilə bağlı dolğun informasiya bazasının formalaşmasında mühüm vasitə olduğu diqqətə çatdırılıb.

Həmçinin əmək müqavilələrinin elektron qeydiyyat sisteminin qeyri-leqal məşğulluğun aşkarlanaraq qarşısının alınmasında, işçilərin əmək və gələcək sosial təminat hüquqlarının bərpa olunmasında xüsusi üstünlükləri barədə iştirakçılara ətraflı məlumatlar verilib.

Forumun təşkilatçıları və iştirakçıları tərəfindən Azərbaycanda bu sahədə görülən işlər mütərəqqi təcrübə kimi maraqla qarşılanıb və bu məlumatlar iştirakçı ölkələrə təqdim olunmaq üçün tədbirin yekun hesabatına daxil edilib.

BƏT rəsmiləri tərəfindən Azərbaycanın əmək müqavilələrinin elektron qeydiyyatı sistemi təcrübəsinin səmərəli olduğu və bu təcrübənin yayılması üçün BƏT-in texniki dəstək verməyə daim hazır olduğu vurğulanıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024

“E-sosial” mobil tətbiqi ilə 49 min əmək müqaviləsi imzalanıb

12-07-2025

ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

29-07-2025

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024

Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilib

31-10-2025

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

24-05-2025

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

Texnoloji inkişafın əmək bazarına təsiri müzakirə edilib

29-03-2017

BƏT-in regional direktoru DOST xidmətləri ilə tanış olub

20-11-2024

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin proqram təminatı artıq hazırdır

14-03-2014

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Ötən ay sosial sahə üzrə 626 min elektron müraciət daxil olub

25-02-2026

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb

21-06-2021

Naxçıvanda təhsil müəssisələrində əmək müqavilələrinin elektron qaydada bağlanılmasına başlanılıb

20-09-2024

Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

06-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə