Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan Martin ilə görüş keçirib.
Xeberler.az məlumat verir ki, görüşdə 18-27 noyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransına hazırlıq, görülən işlər və bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda innovasiya imkanlarını artırmaq, dinamik rəqəmsal ekosistemi inkişaf etdirmək üçün ölkəmizdə BTİ-nin Akselerasiya Mərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində BTİ-nin rəhbərlik etdiyi təlim proqramları və təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları