Ötən ilin sonunda astronomlar “2024 YR4” adlı asteroidi kəşf ediblər. Bu göy cismi ilkin hesablamalar yayımlandıqdan sonra ictimaiyyətin diqqətini cəlb edib. Həmin hesablamalara əsasən, növbəti onilliyin əvvəlində onun Yerə çırpılması ehtimalı az da olsa mövcud idi.
Xeberler.az “phys.org”a istinadən məlumat verir ki, sonrakı müşahidələr göstərib ki, asteroidin Yerə düşməsi riski demək olar ki, istisna olunub. Lakin mütəxəssislərin fikrincə, 2032-ci ildə onun Aya düşməsi təxminən 4 faizlik ehtimalla mümkündür.
Qərbi Ontario Universitetinin Yer və Kosmos Araşdırmaları İnstitutunun alimlərindən ibarət bir qrup yaxın zamanda “2024 YR4” asteroidinin Ayla toqquşmasını əhatə edən 410-dan çox simulyasiya aparıb və nəticələri analiz edib.
Mütəxəssislərin məlumatına görə, asteroidin diametri 53-67 metr arasında dəyişir. Əgər bu asteroid Ayla toqquşsa, 6,5 meqaton trotil gücündə partlayışa səbəb olacaq və diametri ən azı 1 kilometr olan bir krater yaranacaq.
Üstəlik, toqquşma nəticəsində kosmosa atılacaq qalıqlardan təxminən 10 faizinin Yerə çatma və Yerin yaxın orbitindəki peyklərə zərər vurma ehtimalı var.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları