"İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hökumətə təqdim edilib

11-07-2025 / 15:44

İnnovasiyaların sürətlə yaradılması və mənimsənilməsi üçün zəruri ekosistemin formalaşdırılması, o cümlədən yeni nəsil texnoloji həllərin tətbiqi nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədlərini daşıyan “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb və hazırda hökumət tərəfindən baxılır.

Xeberler.az məlumat verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sənaye 4.0 forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası hazırlanıb. Strategiya qlobal texnoloji trendləri və Azərbaycanın inkişaf dinamikasını nəzərə alaraq, biznes, dövlət və cəmiyyət arasında sinerji yaratmaqla iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləyir. Azərbaycanın yeni iqtisadi modeli artıq yalnız enerji ilə deyil, bilik, innovasiya və rəqəmsallaşma ilə formalaşır.

Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Bu günlərdə “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan kredit reytinqini “Ba1”-dən “Baa3” səviyyəsinə - yəni investisiya kateqoriyasınadək yüksəldib. Bundan öncə isə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizin kredit reytinqini artırmışdı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə