Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə “Space TV”yə xəbərdarlıq edib.
Xeberler.az məlumat verir ki, bu barədə Şuranın bugünkü onlayn iclasında qərar qəbul edilib.
İclasda "Space TV" kanalının efirində 7, 8 və 9 iyunda yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.
"Maşa və ayı" cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" qanunun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları