Rəşad Nəbiyev “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb

05-03-2026 / 12:08

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirib.

Xeberler.az bildirir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Davosda “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Həmçinin rəqəmsal infrastruktur, süni intellekt ekosistemi, regional məlumat mərkəzinin qurulması və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə