Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

23-03-2022 / 16:22

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının martın 21-də işə başlayan iclasında iştirakla əlaqədar Cenevrədə işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov və təşkilatın Baş katibi Houlin Jao arasında ikitərəfli görüş keçirilib. 

Xeberler.az bildirir ki, görüşdə Azərbaycanla BTİ arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyi və əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

Nazir müavini ölkəmizin BTİ Şurasının üzvü qismində mütəmadi olaraq təşkilatın işində aktiv iştirak etdiyini və  BTİ-nin müəyyən olunmuş əsas hədəfləri istiqamətində təşkilatın üç bürosu ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Tərəflər xüsusilə pandemiyadan sonrakı dövrdə mövcud potensiala uyğun olaraq münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı həmçinin cari ilin sonunda Buxarest şəhərində keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransına hazırlıq barədə müzakirələr aparılıb. Baş katib Houlin Jao Azərbaycana Səlahiyyətli Konfrans zamanı seçkilərdə Şuraya və Radio Tənzimləmə Bürosuna namizədlik üzrə uğurlar arzu edib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.