Previous Next
Bağla

"Azərpoçt" media müsabiqəsi elan edir

11-09-2025 11:10
"Azərpoçt" media müsabiqəsi elan edir

Azərpoçt” MMC Mətbuat Şurası ilə birlikdə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında 9 Oktyabr - Ümumdünya Poçt Günü manasibəti ilə “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda araşdırma müsabiqəsi keçirir.

1. Müsabiqənin istiqamətləri

 

Müsabiqə üzrə istiqamətlər aşağıdakılardır:

  1. Ənənəvi poçtların transformasiyasını şərtləndirən amillər və ən yaxşı beynəlxalq nümunələr
  2. “Azərpoçt” MMC-nin transformasiya dövrünün nəticələri
  3. “Azərpoçt”un təklif etdiyi rəqəmsal həllərin müştərilər üçün faydaları

Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hər biri eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər.

2. Müsabiqə üzrə mükafatlandırma

Müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq:

I yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 1000 manat;

II yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 700 AZN

III yer: 5 nəfər (Onlardan 3-ü qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, 2-i TV və radio olmaqla) – 500 AZN

3. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

  • mövzunun dolğun əhatə edilməsinə;
  • faktların düzgün təhlilinə;
  • faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
  • ifadə vasitələrinin zənginliyinə;
  • oxucu üçün məlumatlılıq dərəcəsinə;
  • qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 20 avqust 2025-ci il tarixindən 20 sentyabr 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə veriləcək videomateriallar, radiolarda səsləndiriləcək audiomateriallar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.

Müsabiqə materiallarında “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi yer almalıdır.

Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq.

Müsabiqə materialının müəllifi media reyestrindən keçmiş konkret media subyektində çalışmalı və onun müsabiqə üçün təqdim etdiyi material çalışdığı media subyektində yayımlanmalıdır.

4. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır

- müəllifin konkret media subyektində çalışması barədə sənədin (vəsiqənin və ya media subyektindən arayışın) surəti;
- şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, multimedia materialının diski;
- elektron daşıyıcıda materialın elektron forması (“Times New Roman” şriftində, müəllifin adı qeyd olunmaqla);
- yazı elektron media resursunda yayımlanıbsa, elektron daşıyıcıda yazının linki göstərilməlidir.

Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır

Müsabiqə materialı [email protected] email ünvanına göndərilməlidir;

Təqdimatda yer almalıdır:

- müsabiqə yazısı (“Word” faylında, imzasız);
müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);
- yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;
- yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən digər sənəd (PDF, JPG, yaxud “Word” faylında);
- yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün materiallar 20 avqust 2025-ci il tarixindən 20 sentyabr 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə:
(+994 12) 441 35 96

Mobil/vatsap:
(+994 50) 242 09 91; (+994 55) 789 85 03

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” adlı müsabiqə keçiriləcək

26-05-2025

RYTN jurnalistlər arasında müsabiqə elan edir

01-11-2016

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

18-06-2025

MEDİA jurnalistlər üçün müsabiqə elan edib

13-05-2026

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir

09-10-2025

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

30-10-2025

Azərpoçt müsabiqə elan edib

16-02-2018

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

13-11-2025

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024

Telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

21-10-2021

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

05-05-2026

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib

06-05-2025

İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

08-01-2025

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

09-12-2020

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edilib

23-05-2025

“Onlayn media 2014” müsabiqəsi başlayır

16-09-2014

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

13-07-2020

“ElektronTəhsil” müsabiqəsinə neçə layihə təqdim olunub?

26-09-2017

KİVDF Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə müsabiqə elan edib

19-11-2013

İKT üzrə ən yaxşı kitab yazanlar mükafatlandırılacaq

26-10-2016

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

30-09-2022

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir

07-10-2016

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

12-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə