Previous Next
Bağla

Sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün yeni proqram

07-12-2015 12:06
Sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün yeni proqram

Azərbaycan Tələbələr Birliyi (ATB) yeni proqramın icrasına başlayıb.

ATB-in mətbuat xidmətindən Xeberler.az-a bildirilib ki, proqramın əsas fəaliyyət istiqamətləri gənclər arasında sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, sahibkarlıqla məşğul olmaq istəyən gəncləri hədəfləyən dəstək proqramları həyata keçirmək, bu sahədə müxtəlif maarifləndirici tədbirləri və görüşləri təşkil etməkdən ibarətdir.

ATB universitetlərdə gəncləri sahibkarlıq fəaliyyətinə stimullaşdıracaq və bu fəaliyyəti dəstəkləyəcək biznes inkubatorların yaradılmasını vacib hesab edir. ATB proqramın icrası məqsədilə müxtəlif şirkətlərlə əməkdaşlığa önəm verir.

Qurum proqram çərçivəsində ilk əməkdaşlıq memorandumunu AlGetsin.com elektron ticarət platforması ilə bağlayıb. Əməkdaşlıq memorandumu gənclər arasında onlayn ticarətin stimullaşdırılması, bu sahədə imkanlar və perspektivlərin gənclərə çatdırılması, onların onlayn sahibkarlıq fəaliyyətinə kömək edilməsini özündə ehtiva edir.

"Biz AlGetsin.com kimi yeni fəaliyyətə başlayan şirkətlərlə əməkdaşlıqda maraqlıyıq. AlGetsin.com şirkəti ilə müxtəlif tədbirlərin təşkilini nəzərdə tuturuq ki, o tədbirlərdə də sahibkarlığın sirləri, müasir dünyada öz biznesini necə qurmaq olar kimi məsələlərə toxunulacaq, bu sahədə müxtəlif ekspertlərin gənclərlə görüşü təşkil ediləcək", - deyə ATB-in sədri Elvin Aslanov qeyd edib.

AlGetsin.com elektron ticarət platformasının icraçı direktoru Elnur Əhmədov ATB ilə əməkdaşlığın önəmli olduğunu diqqətə çatdırıb.

Azərbaycan Tələbələr Birliyi proqram çərçivəsində daha bir neçə şirkətlə əməkdaşlıq memorandumunun imzalanacağını nəzərdə tutur.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Amerikalı fotoqraf Bakıda

Amerikalı fotoqraf Bakıda

11-11-2010
Tələbə problemləri KİV-də necə işıqlandırılır?

Tələbə problemləri KİV-də necə işıqlandırılır?

21-07-2009
Azərbaycan Çinin 2 onlayn platforması ilə memorandum imzalayıb

Azərbaycan Çinin 2 onlayn platforması ilə memorandum imzalayıb

23-09-2019
Tələbələr Qarabağ münaqişəsinin təhsilimizə vurduğu ziyanı dünya ictimaiyyətinə çatdıracaqdır

Tələbələr Qarabağ münaqişəsinin təhsilimizə vurduğu ziyanı dünya ictimaiyyətinə çatdıracaqdır

29-06-2011
ATB: Güclü rəqəmsal infrastruktur balanslı turizmi formalaşdırır

ATB: Güclü rəqəmsal infrastruktur balanslı turizmi formalaşdırır

27-01-2026
“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024
“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025
Hotellər üçün minimum internet standartları tətbiq olunacaq

Hotellər üçün minimum internet standartları tətbiq olunacaq

27-01-2026
KOBİA və BP əməkdaşlığa başlayır

KOBİA və BP əməkdaşlığa başlayır

13-03-2023
Bakıda yeni  Biznes İnkubasiya Mərkəzi açılıb

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015
Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

09-04-2018
Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq

18-08-2022
Biznes İnkubatora yeni iştirakçıların seçimi  davam edir

Biznes İnkubatora yeni iştirakçıların seçimi davam edir

02-02-2016
Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024
Hesab.az 3500 nəfərə plastik bank kartları və stikerləri qazandırıb

Hesab.az 3500 nəfərə plastik bank kartları və stikerləri qazandırıb

15-11-2019
Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019
Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

Smart Start proqramına seçilən gənclər Bakcell-də təcrübəyə başladı

27-07-2016
Prezident startaplara dəstəyin vacibliyindən danışıb

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016
Bakcell və Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakcell və Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb

24-01-2019
Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

22-04-2017
UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

24-09-2024
Youth Inc. Bakutel-də iştirak edib-Foto

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016
Azercell şəkili qadın sahibkarları dəstəkləyir

Azercell şəkili qadın sahibkarları dəstəkləyir

06-02-2025
Startaplar üçün qlobal konqresdə iştirak  imkanı

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə