Salyanda “Yelo Bank ilə məktəbə sarı” aksiyası keçirilib

08-09-2022 / 10:14

Yelo Bank regionların yalnız iqtisadi inkişafına deyil, həmçinin sosial həyatlarına da öz töhfəsini verməyə çalışır. Bank bu dəfə yeni tədris ili ərəfəsində Salyan məktəbliləri üçün xeyriyyə aksiyası həyata keçirib. Qeyd edək ki, Yelo Bank bir neçə ay əvvəl Salyan şəhərinə də parlaq bankçılığı gətirmişdi. 

“Yelo ilə məktəbə sarı” adlı sosial aksiyanın əsas məqsədi məktəbə yeni başlayan uşaqların çanta və digər məktəb ləvazimatları ilə təmin olunmasıdır. Sentyabrın 5-i Salyan şəhəri, 2 saylı orta məktəbdə həyata keçirilən tədbirdə Bankın əməkdaşları ilə yanaşı, məktəb və Təhsil Nazirliyinin də nümayəndələri yaxından iştirak edib. Salyanın müxtəlif məktəblərindən olan 30-dan çox şagirdə hədiyyələr təqdim olunduqdan sonra onlar üçün əyləncəli şou təşkil edildi. Yelo Bank bu sosial təşəbbüsü ilə regionlarda təhsilə dəstəklə yanaşı, yeni məktəbə başlayan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etməyi də hədəfləyir

Yelo Bank cari ilin əvvəlindən uşaqlara parlaq gələcəklərini qurmağa dəstək məqsədli bir çox layihələrə imza atıb. İlin sonunadək bu cür təşəbbüskar layihələrin davam etdirilməsi planlaşdırılır.

Bank xidmətləri, o cümlədən, o cümlədən online ödəmə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə