“Azərbaycan hökuməti kosmik sahənin inkişafının vacibliyini dərk edir”.
Xeberler.az bildirir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, bu sahənin inkişafı iqtisadi inkişafa çox böyük təsir göstərir: "Hazırda dünyanın müxtəlif problem və çağırışlarla üzləşdiyi bir zamanda kosmik sahə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hər birinə təsir göstərir".
Onun sözlərinə görə, Azərbaycan gələn il oktyabrın 2-dən 6-dək keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə fəal şəkildə hazırlaşır və burada 6 minə yaxın iştirakçının olacağı gözlənilir: "Sərgi pavilyonunda yerlərin 75%-i artıq rezervasiya olunub. Konqresdə iştirak üçün qeydiyyat 2023-cü il yanvarın sonunda açılacaq".
“Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra yenidən Bakıya qayıtdığını və Azərbaycanın paytaxtının sonuncu dəfə 1973-cü ilin oktyabr ayında bu tədbirə ev sahibliyi etdiyini xatırladıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri