Samsung 3-cü seriya notbukları təqdim edir

26-06-2011 / 19:29
Nyu-Yorkda keçirilən tədbirlərdən birində Samsungun yeni 3-cü seriya notbukların satışına başlaması ilə bağlı məlumat yayılıb. Yeni notbuklar həm texniki göstəricilər, həm də qiymət baxımından diqqət çəkib.
11.6, 12.1, 13.3 və 14 düyümlük notbuklar Intel Sandy Bridge və AMD Llano (A-Series) prossesorları əsasında işləyəcək. Bu notbuklarda reyzin klavyaturadan və geniş taçpaddan (touchpad) istifadə olunacaq. Noutbuklar Windows 7 əməliyyat sistemi ilə idarə olunacaq.
3-cü nəsil notbukların qiyməti 600 dollardan başlayır. Ən geniş funkisiyalı 4 nüvəli Core i7 prossesoru ilə təhciz olunmuş versiyalar isə 819 dollara satışa çıxarılacaq. Bazara çıxış tarixi hələ ki məlum deyil.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə