Samsung-dan ətraf mühiti nəzərə alan telefon

27-08-2009 / 15:01

Telefon modellərini tez-tez fərqli ölçülərdə və dizaynda təqdim edən istehsalçılardan biri də Samsungdur. Şirkət yenə də fərqli bir modellə istifadəçilərini sevindirib.

E1107 adlandırılan telefon ətraf mühitdən istifadə edə bilir, yəni günəş enerjisi panelinə malikdir. Samsung E1107-nin batareyası bitəndə yalnız 15 dəqiqəyə modelin günəş enerjisi panelləri vasitəsiylə cib telefonunun gücünü artırmaq olar. Günəş paneli 1,2 mm incəliyindədir. Cəmi incəlik isə 16,4 mm-dir.

Profil nizamlarından “Eco”yu seçdikdə FM radio, işıqlandırma və Bluetooth kimi kimi istifadəçilərin istifadə etmədiyi xüsusiyyətlər passiv hala gətirilə bilər. Bu da batareya ömürünü artırmaq üçündür. Qiyməti isə 59 dollar olacaq. E1107-nin nə vaxt satışa çıxarılacağı bəlli deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə