Samsung istifadəçilərdən üzr istəyib- Foto

14-10-2016 / 14:12

Məlumat verdiyimiz kimi, Samsung şirkəti 1 milyona yaxın  Galaxy Note 7  smarfonlarını geri çağırdı.

Bu məsələ ilə  bağlı Samsung Electronics-in mobil üzrə icraçı direktoru Koh Dong Seoulda keçirilən konfransda baş əyərək istifadəçilərindən üzr istəyib.

O bildirib ki,  smarfonların bateryasında  baş verən partlayışlardan dolayı çox məyus olublar. Koh Dong şirkət adından istifadəçilərdən üzr istəyib.

Şirkət rəsmisi bu telefonları daha keyfiyyətli yeni smarfonlarla əvəz edəcəklərini açıqlayıb.

Koh Dong söz  verib ki,  istifadəçilərin nlar heç bir təhlükə ilə qarşılaşmayacaqları üçün əllərindən gələni edib, onların etibarını geri qazanacaqlar.

 

Məlumat verdiyimiz kimi, bu  yaxınlarda şirkət  Galaxy Note 7-nin istehsalını tamamilə dayandırdı.

Məlum olduğu kimi, Galaxy Note 7 böhranının dərinləşməsi cihazın batareyasında yaranan ciddi problemlər olub.

Qeyd edək ki, Galaxy Note 7 Samsung-un bu günə qədər ən böyük cihaz toplatma əməliyyatı olaraq tarixə düşüb.

Samsung Note 7 smartfonlarına görə itirdiyi istifadəçiləri geri qazanmaq üçün kampaniyaya da başlayıb.  Belə ki, ilk olaraq ABŞ və Cənubi Koreyada başladılan kampaniya ilə əgər Note 7-ni başqa bir Samsung cihaz ilə dəyişdirməyi seçsəniz, 100 dollarlıq bir hədiyyə çeki sizlərin olacaq.

 

 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə