Samsung i7110 modelinin çıxmasına az qalıb

07-10-2008 / 11:29

Samsung i7110 monoblok form faktoru ilə, Symbian S60 əməliyyat sistemi ilə işləyir. Smartfon 262 min rəng əks etdirən QVGA AMOLED displeyə  malikdir. Telefonda OLED işığı ilə beş meqapikselli kamera quraşdırılıb.
Samsung i7110 telefonun əsas özəlliyi kompüter kimi optik mausla idarə edilməsidir. Telefonun öz yaddaşı müasir ölçülərə görə az hesab olunan 80 Mb-dır. microSDHC kartlarından istifadə edərək yaddaşı genişləndirmək olar. GPS funksiyası da mövcuddur. Lakin Wi-Fi simsiz əlaqəsinin olmaması isə onun mənfi cəhətidir.
Ölçüləri kiçik - 118 х 52 х 13 mm-dir. 3G şəbəkələrində işləyir, məlumatların ötürülməsinin yüksək sürətini təmin edən HSDPA standartını dəstəkləyir. Aparat GSM şəbəkəsinin bütün diapazonlarında və EDGE ilə işləyir.
Samsung yeni məhsulunu bu ay təqdim edəcək.

Qiymətinin  550$ olacağı deyilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə