«Samsung» satışa proyektorlu telefon çıxarır

19-03-2009 / 18:07


Cənubi Koreyanın «Samsung» şirkəti yaxın vaxtlarda MBP200 proyektoru və quraşdırılmış proyektorlu «i7410» telefonunu kütləvi satışa çıxaracaq. Belə ki, MBP200 mini-proyektorunu artıq bu ilin may ayında 199 avroya almaq mümkün olacaq. Bundan bir qədər sonra isə «Samsung i7410» telefonunu almaq mümkün olacaq.

Şirkət tərəfindən istehsal olunmuş quraşdırılmış piko-proyektor 480x320 piksel həlli diaqonal üzrə 5-50 düyüm ölçülərində təsvirləri ekranda göstərir.

«Samsung i7410» isə 3,2 düyüm AMOLED-displeylə (240x400 riksel), LED işartılı 5-meqapikselli kamera, FM-tüner, 15 Mbit/s yaddaş və microSDHC (16 GB-dək) yaddaş kartları üçün slot, Bluetooth 2.1 (A2DP rrofilı) modulu, USB 2.0 portalı ilə təchiz edilib. Telefonun ölçüləri 107,3x48,8x19 mm, çəkisi - 160 qram təşkil edir.

Koreyada bu telefon AnyCall SPH-W7900 adı altında satılacaq. Telefonun qiyməti hələ məlum deyil.APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə