Samsung şirkəti “Samsung Pay” ödəmə xidmətini təqdim edib.
Xeberler.az AzərTac-a istinadən xəbər verir ki, şirkətin prezidenti yeni telefonlarda “Samsung Pay” sistemindən istifadənin mümkün olacağını və ilk gündən demək olar hər yerdə qəbul ediləcəyini deyib.
Şirkətin planlarına əsasən, yeni ödəmə sistemi avqustun 20-dən Koreya Respublikasında, sentyabrın 28-dən ABŞ-da işləməyə başlayacaq. Yaxın gələcəkdə “Samsung Pay” xidmətinin Çin, İspaniya, Böyük Britaniya və başqa ölkələrdə işə salınması planlaşdırılır.
Ödəmə xidmətinin təhlükəsizliyi “Samsung Knox” sisteminin hesabına təmin olunacaq.
Hazırda “MasterCard”, “Visa” və “American Express” ödəmə sistemləri yeni xidmət çərçivəsində Samsung-un tərəfdaşlarıdır. Şirkət, həmçinin “Bank of America”, “Citi”, “JPMorgan Chase” və “U.S. Bank” ilə əməkdaşlıq edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri