“Samsung”un mobil cihazlarında boşluq (CVE-2024-49415) aşkar olunub.
Xeberler.az məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, “libsaped.so” kitabxanasındakı “out-of-bound” yazma zəifliyi, kiberdələduzlara uzaqdan ixtiyari kod icra etmək imkanı yaradır. Boşluğun uğurlu istismarı nəticəsində kiberdələduzlar təsirlənmiş sistemə tam nəzarət edərək, həssas məlumatları pozub sistem faylları və ya məlumatları dəyişdirə bilir, həmçinin potensial olaraq sistemin dayanmasına və xidmətdən imtinaya səbəb ola bilərlər.
“İstifadəçilərə ən tez zamanda mümkün təhlükəsizlik yeniləmələrini tətbiq etmələri tövsiyə olunur”, - deyə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri