Previous Next
Bağla

Satıcı və müştərini birləşdirən qlobal startap yaradıldı

03-11-2015 16:04
Satıcı və müştərini birləşdirən qlobal startap yaradıldı

Satıcı və müştərinin bir-birini tapmasına kömək edən platforma yaradılıb.

Qlobal topdan və pərakəndə alqı-satqı platforması olan Businesset startap layihəsi  fəaliyyətə başlayıb.

Bu barədə Xeberler.az–a layihənin azərbaycanlı ortaqlarından olan Şahruz Həsənzadə  məlumat verib.

O qeyd edib ki, bu platforma digər B2B saytlarından istər dizayn, istərsə də funksionallıq baxımından çox fərqlənir:

Businesset.com arada vasitəçi olmadan alıcı və satıcıların rahatlıqla bir birini tapmasını təmin edir. Fəaliyyətə başladığı andan 100 min dollar investisiya alan layihə  topdan və pərakəndə alqı-satqı ilə məşğul olan iş adamlarının və alıcıların gündəlik ehtiyaclarından və bu sahədə görmək istədiklərindən yaranan bir startapdır”.

Şahruz Həsənzadə qeyd edib ki, platforma 7 dildə fəaliyyət göstərəcək. Layihə əsasən keçmiş SSRİ və Şərqi Avropa ölkələrini hədəfləyib:

“Burada məqsəd keçmiş SSRİ dövlətlərinin qırılmış iqtisadi əlaqələrini bərpa etmək və onları bir platformada toplamaqdır”.

Qeyd edək ki,  platforma alıcı və satıcılara çox sayda üstünlüklər verir. Belə ki, alıcılar istədiyi region üzrə axtarış edə və ona lazım olan məhsulun harda daha sərfəli qiymətlərlə satıldığını müəyyənləşdirə bilər. Eyni zamanda, hər bir alıcı satılacaq məhsulu varsa,  sata və əlavə gəlir əldə edə bilər.

Platformada alıcılara güclü və çox sahəli axtarış sistemi verilir.

Qeyd edək ki, alıcılar platformaya sorğular göndərərək qiymət təklifləri əldə edəcəklər. Daha sonra isə gələn cavablara əsasən istəsələr, satıcılar arasında tender elan edərək qiymətləri öz xeyrinə dəyişə və ona ən yaxın satıcının harda olduğunu görə bilərlər.

Bu platformada satıcılara məhsullarını tanıtmaq və hansı məhsulunun daha çox diqqətə olduğunu bilmək kimi şanslar verilir. Satıcılar profillərinə, məhsullarına kimlərin baxdıqlarını görə bilirlər.

Platformada  fərdi mesaj funksiyası da mövcuddur. Saytın adaptiv mobil versiyası da istifadəyə verilib. Businesset-in saytında iOS və Android sistemləri üçün tətbiqlərin də istifadəyə veriləcəyi gözlənilir. Xidmətdən istifadə ödənişsiz olacaq.

Sayt ilə bağlı daha ətraflı burada

Layihə Ukraynada fəaliyyətə başlayıb. Platformanın Azərbaycandakı nümayəndəsi Şahruz Həsənzadədir.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənclərimizdən daha bir qlobal startap- Lendock

05-05-2016

Qlobal startapımız Lendock fəaliyyətə başladı

07-06-2016

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016

Tələbənin təqaüd almasına yardım edən startap-Video

16-06-2017

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

15-04-2016

Kiçik və orta sahibkarlığın inkişafı üçün yeni layihə- Smartappp

15-02-2016

WibeMe musiqi şəbəkəsi istifadəyə verildi-Foto

13-04-2016

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025

EvElanlari.az saytı mobil versiyasını təqdim edib

17-03-2015

Startap və investorlar üçün onlayn platforma yaradılıb

12-11-2019

Olduğunuz yeri paylaşın, endirim qazanın- Yeni layihə

30-06-2017

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025

“E-əmək birjası” platforması yaradılır

12-09-2020

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019

Startap Günlərinin qalib layihəsi fəaliyyətə başladı

25-12-2015

Azərbaycanda Elektron Auksion Portalı istifadəyə verilib

27-03-2023

Startap layihəmiz beynəlxalq müsabiqədə uğur qazanıb

18-05-2018

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025

Hər kəs bilik və təcrübələrini paylaşa biləcək

06-03-2015

Startap Azərbaycan portalı və vaxt istifadəyə veriləcək?

24-01-2017

İqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib

05-04-2024

İRİA-nın yenilənmiş veb-saytı istifadəyə verilib

21-06-2025

Flapus Android istifadəçilərinə təqdim edildi

26-11-2015

İnternet mağazaları süni intellektdən istifadəyə başlayacaq

19-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə