Previous Next
Bağla

Olduğunuz yeri paylaşın, endirim qazanın- Yeni layihə

30-06-2017 14:23
Olduğunuz yeri paylaşın, endirim qazanın-  Yeni layihə

Azərbaycanda müxtəlif məkanlar barədə məlumatları özündə toplayan yeni platforma yaradılıb.

Belə ki, Neharada.az saytı və mobil tətbiqi ilə Azərbaycanın şəhər və rayonlarında yerləşən məkanların yerini dəqiq tapmaq, onların göstərdiyi xidmətlər barədə dolğun informasiya əldə etmək mümkündür.

Layihənin rəhbəri isə Rəşad Əliyevdir.

Xeberler.az olaraq yeni platforma ilə bağlı R. Əliyevlə ətraflı söhbət etdik.

Layihə rəhbəri qeyd edib ki, uzun zamandır bu ideyanı həyata keçirmək üzərində fikirləşir. Artıq istifadəyə təqdim edilən Neharada.az bazara özü ilə bir neçə yenilik gətirib.

Məlum olduğu kimi, dünyada və Azərbaycanda buna bənzər çox sayda layihələr, platformalar var.

Rəşad Əliyev də elə bu məsələyə toxunaraq, Neharada.az-ın özəlliklərindən, təqdim etdiyi yeniliklərdən danışıb:

“Mobil tətbiq əlavə xidmətə görə saytdan fərqlənir. Həmçinin mobil tətbiq artıq daha rahatdır. Platformaya hər kəs özü məkan və ya xidmət əlavə edə bilər. Bunun üçün “Əlavə et” funksiyasından faydalanmaq olar. “Yaxınımda” bölməsi üzərindən isə Sizə yaxın məkanları tapa və oraya gedə bilərsiniz. Həm sayt həm də mobil tətbiqdə məkanlarda keçirilən tədbirləri də əlavə etmək mümkündür”.

Öyrənirik ki, məkanlar Google Map xəritəsi üzərinə yerləşdirilir.

Məkanları platformaya yerləşdirmək ödənişli və ödənişsiz olaraq 2 kateqoriyaya bölünüb:

“Neharada.az-a ödənişli məkan əlavə etmək üçün aylıq 10 dollar ödəniş etmək lazımdır. Ödənişsiz olaraq isə məkan yüklədikdə bu, platformada 60 gün ərzində aktiv olur. Ödənişsiz versiya istifadəçilərin xidmətimizi sınaqdan keçirməsi üçün nəzərdə tutulub.”.

Onun sözlərinə görə, layihənin bazara gətirdiyi əsas yenilik QR kod istehsal edərək, istifadəçilərə güzəştlər qazandırmasıdır:

“Platformada olan xidmət sahələrindən istifadə edib, bunu hər hansı bir digər yaxınınız ilə paylaşırsınızsa, bu paylaşıma görə Sizə QR kod verilir. Məsələn, hər hansı bir kafedəsiniz və platforma vasitəsilə həmin məkanı sosial şəbəkədə öz səhifənizdə və ya bir dostunuz ilə bölüşürsünüz. Bu paylaşıma görə kafedə müəyyən olunmuş güzəşti əldə edirsiniz. İş prinsipi belədir: Siz paylaşım edəndə sistem sizə bir QR kod təqdim edir və bu 20 dəqiqə içərisində aktiv olur. QR kodu hesab ödənişi zamanı təqdim edirsiniz və kassada skan olunub sizə güzəşt verilir. Bir QR kod ilə bir güzəşt əldə etmək mümkündür. Bir xidmət üzrə bir gün ərzində bir adam ən çox 3 dəfə güzəşt əldə edə bilir. İstifadə olunmuş və ya vaxtı keçmiş QR kodla kassaya yaxınlaşıb, güzəşt istəsəniz, bu, mümkün olmayacaq. Çünki yalnız bir paylaşıma görə bir güzəşt edilir”.

R. Əliyev deyir ki, Azərbaycan bazarında bu mexanizmlə işləyən alternativ layihə yoxdur.

Digər bir yenilik isə “Feedback” (Şərhlər) bölmüdür:

“Avropa və Asiya ölkələrində buna oxşar layihələr var ki, onlar restoranlar üçün Feedback sahəsi üzrə ixtisaslaşıb. Belə ki, insanlar rəylərə, reytinqə görə məkanları tərcih edir. Məsələn, axşam yeməyə getmək  istəyirsiniz, seçmək istədiyiniz məkanın kriteriyalarına  platformadakı rəylərdən baxırsınız. Bu, ciddi məsələdir. Ramazan bayramında restoranlarda sıxılıq zamanı bazarda bununla bağlı o boşluğu müşahidə etdim. Restorana gedib yer seçmək istəyirsən, amma rezervasiyan yoxdursa, bu, mümkün deyil. Yer tapa bilmirsən. Biz platformada bu problemə də son qoymağı hədəfləyirik. Zaman keçdikcə resursda “Rəylər” bölümü daha da inkişaf etdiriləcək”.

Layihə rəhbəri qeyd edib ki, hazırda  tətbiqdə 1000-dən çox məkan aktivdir və bu say daha da artacaq.

Onun sözlərinə görə, layihəyə rəğbət hər gün artır:

“Amerika olanda müşahidə etdim ki, orada  QR kodlardan istifadə əhali arasında çox populyardır. Azərbayacanda isə bu sahə hələ tam geniş yayılmayıb deyə bu istiqamətdə daha çox işlər görüb, insanların diqqətini cəlb etməyi düşünürük”.

Qeyd edək ki, platformada məkanlar sırasına alış-veriş, əyləncə, turizm, idman, tibb mərkəzlərini, kafe, restoranları, şadlıq saraylarını, otelləri, mağazaları, təhsil ocaqlarını, dövlət orqanlarını, bankları, muzey və kinoteatrları və s. kimi yerlər əlavə edilib.  Bu imkandan isə dünyanın istənilən yerindən faydalanmaq olar.

Hələlik yalnız Azərbaycan dilində olan platforma gələcəkdə digər dillərdə də təqdim ediləcək.

Platforma ilk olaraq Android telefonlar üçün nəzərdə tutulub. Tətbiqi buradan yükləyə bilərsiniz.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Müştəri rəyi almaq üçün yeni innovativ üsul -QReact

Müştəri rəyi almaq üçün yeni innovativ üsul -QReact

04-02-2016
Onbranch bazarda uğur qazanacaqmı?

Onbranch bazarda uğur qazanacaqmı?

06-05-2017
Qlobal startapımız Lendock fəaliyyətə başladı

Qlobal startapımız Lendock fəaliyyətə başladı

07-06-2016
Facebook Messenger-ə yeni funksiyalar əlavə ediləcək

Facebook Messenger-ə yeni funksiyalar əlavə ediləcək

12-04-2016
Gənclərimizdən qlobal bazara iddialı olan daha bir startap

Gənclərimizdən qlobal bazara iddialı olan daha bir startap

25-04-2016
Onbranch sosial paylaşım platformasının təqdimatı olub

Onbranch sosial paylaşım platformasının təqdimatı olub

05-05-2017
Əzizlərinizə sevgi daşıyan onlayn platforma-Buket.al

Əzizlərinizə sevgi daşıyan onlayn platforma-Buket.al

06-02-2017
Satıcı və müştərini birləşdirən qlobal startap yaradıldı

Satıcı və müştərini birləşdirən qlobal startap yaradıldı

03-11-2015
Startap və investorlar üçün onlayn platforma yaradılıb

Startap və investorlar üçün onlayn platforma yaradılıb

12-11-2019
Yeni  mobil tətbiqlə sürücülərdən şikayət edə bilərsiniz

Yeni mobil tətbiqlə sürücülərdən şikayət edə bilərsiniz

03-10-2015
Yeni onlayn alış-veriş saytı yaradılıb

Yeni onlayn alış-veriş saytı yaradılıb

10-06-2015
Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

14-06-2016
“Reklama yalnız pul xərcləməklə effektli etmək olmur”-Müsahibə

“Reklama yalnız pul xərcləməklə effektli etmək olmur”-Müsahibə

13-03-2018
Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

05-12-2025
Nar TV ilə ən maraqlı filmlər və TV serialallar Azərbaycan dilində

Nar TV ilə ən maraqlı filmlər və TV serialallar Azərbaycan dilində

03-04-2019
GoldenPay-dən yenilik-1 AZN investisiya ilə şəxsi iş

GoldenPay-dən yenilik-1 AZN investisiya ilə şəxsi iş

22-09-2016
Səyahətinizi Hipassenger maraqlı və faydalı edəcək

Səyahətinizi Hipassenger maraqlı və faydalı edəcək

29-09-2015
Azərbaycan kinoteatrlarının heç birində tam formada onlayn bilet satışı yoxdur

Azərbaycan kinoteatrlarının heç birində tam formada onlayn bilet satışı yoxdur

13-04-2015
Facebook-dan daha bir yenilik

Facebook-dan daha bir yenilik

09-06-2015
Startap Azərbaycan iddiaçılarını tanıyaq- OfferBee

Startap Azərbaycan iddiaçılarını tanıyaq- OfferBee

25-04-2016
Gənclərimizdən daha bir qlobal startap- Lendock

Gənclərimizdən daha bir qlobal startap- Lendock

05-05-2016
Azərbaycanın ilk mobil sosial şəbəkəsi istifadəyə verilib

Azərbaycanın ilk mobil sosial şəbəkəsi istifadəyə verilib

30-11-2009
“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

15-08-2025
Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir

Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir

09-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə