Əzizlərinizə sevgi daşıyan onlayn platforma-Buket.al

06-02-2017 / 14:42

Azərbaycanda gül mağazaları və alıcıları onlayn platformada birləşdirən yeni startap- Buket.al layihəsi fəaliyyətə başlayıb.

Yanvarın 1-dən fəaliyyətə başlayan platformada hazırda 300-dən çox gül buketlər alıcılara təqdim edilir.

Onlayn gül sifarişi xidməti göstərən  Buket.al Airbnb, Amazon, Uber məntiqi ilə bütün floristlərin yerli bazarda vahid platforması olmaq  hədəfindədir.

Xeberler.az olaraq bazara iddialı daxil olan startapın fəaliyyət istiqaməti, işləmə mexanizmi, hazırki vəziyyəti və mövcud problemlərlə bağlı  Buket.al-ın Biznes inzibatçısı Nicat Manafov ilə ətraflı söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Nicat bəy, startapın fəaliyyətə başlamasından qısa vaxt keçsə də, cəmiyyətdə maraqla qarşılanır. Necə oldu ki, belə bir layihəyə başladınız?

- Əvvəllər buna bənzər bir layihəmiz olub. Baharçiçəyi adlı layihədə fiziki mağaza ilə internet dükanın bir yerdə fəaliyyətini sınaqdan keçirdik. Baxdıq ki, bazarda  bu, o qədər də yaxşı fikir deyil. Həmin vaxtlar müşahidə etdik ki, gül mağazaları və elə alıcıların da ən çox vaxtını aparan buketlərin sifarişi və çatırılma məsələsidir. Qərara aldıq ki, floristlərin və alıcıların vahid internet platformasını yaradaq ki, mağazlar heç nəyə vaxt və maliyyə sərf etmədən sifarişləri çatırıb, pul qazansın.

-  Mağazalarla necə əməkdaşlıq edirsiniz? . Bütün gül mağazaları platformaya daxil edilir?. Bu mağazaların keyfiyyətli olmasını necə müəyyən edirsiniz?

- Buket.al-da bütün keyfiyyətli gül dükanları qeydiyyatdan keçə bilir. Əlbəttə, onların xidmətlərinin keyfiyyətini yoxladıqdan sonra sistemə girişinə icazə veririk. Platformada olan gül dükanlarına konsaltinqlər də təşkil edirik ki, sifarişlər müştərinin istəyinə uyğun hazırlansın. Bununla yanaşı, məhsul çatırılanda sifarişçidən və buketi qəbul edən şəxsdən dəyərləndirmə (feedback)  tələb edirik. Əgər sifarişdə hər hansı problem olarsa, buketi hədiyyə edirik və mağazaya xəbərdarlıq edirik. Növbəti dəfə belə hal təkrarlananda həmin mağazanı sistemdən çıxarırıq. Bununla həm də mağazaların reytinqini müəyyən edə bilirik. Hansında dəyərləndirmə daha yüksək olarsa, o mağaza ilə əməkdaşlığa üstünlük veririk.

-Sistem necə işləyir?. Sifarişlər nə qədər vaxta çatdırılır?

-Qeyd edildiyi ki, platforma Uber, Airbnb məntiqi ilə  marketplace startap modeli ilə çalışır. Belə ki, buket sifarişi olunan zaman alıcını ən yaxın gül mağazasına yönləndiririk. 5 dəqiqə ərzində sorğunu satıcı qəbul etməzsə, o zaman mövcud sifariş digər bir satıcıya yönləndirilir.

-Nicat bəy, qlobalda buna bənzər layihələr mövcuddur. Buket.al-ın  fərqi nədir?. Niyə məhz bu platformanı seçməliyik?

- Buket.al gül satanlarla alıcıları birləşdirən bazar yeri platformasıdır. Alıcılar sifarişi verdikdə məhz onlara ən yaxın gül dükanına yönləndiririk. Ən böyük üstünlüyümüz budur. Yəni, Airbnb-in marketinq stratergiyası ilə xidmət göstəririk. Həmçinin sifarişin hazırlanması, hazırlandıqdan sonra şəkli, videosu ilə müştərini məlumatlandırırıq. Yola çıxanda da çatıdırılma ilə bağlı məlumatlar bizim tərəfdən yoxlanılır, müştəriyə daim xəbər göndərilir. Bundan əlavə, dünyanın istənilən yerindən Buket.al-dan sifariş etmək mümkündür. Belə ki, yerli banklarla xüsusi müqavilə ilə dünyanın bütün bank kartları ilə ödəniş etmək mümkündür. Demək olar ki, dünyada belə xidmət çox azdır.

-Buket.al-dan alınan buketlərin qiymətində fərq varmı? . Bu qiymtlər necə müəyyən edilir?

-Platformadakı qiymətlər bazar qiymətindən aşağıdır. Saytdakı dükanlar Azərbaycanın ən böyük gül mağazalarıdır. Biz onların satış qiymətindən aşağı qiymət təqdim edirik. Həmçinin mağazalara əlavə satış etmək üçün yeni imkan formalaşdırırıq. Belə ki, xüsusi müqavilə əasasında cüzi faiz gəliri özümüzə götürürük, yerdə qalan bütün gəliri onlara veririk. Əlbəttə ki, bu da onlara sərf edir. Belə ki, həm satışları artır, həm də belə əlavə marketinq xərcləri olmadan sadəcə gül bağlayıb, göstərilən ünvana çatdırırlar. Qeyd edim ki, eyni zamanda alıcıların hamısına pulsuz açıqca təqdim edirik.

-Nicat bəy, Azərbaycanın bölgələrindən də sifariş etmək mümkündürmü?

-Yanvarın 1-dən Azərbaycanda fəaliyyətə başladıq. İlk vaxtlar Bakıda sifariş etmək mümkün idi. İndi bütün bölgələrə xidmət göstərə bilirik. Belə ki, Bakı və Gəncə daxili 2 saata ödənisşiz çatdıra bilirik. Digər bölgələrə isə 4-5 saat ərzində 15 manata çatdırmanı həyata keçiririk.

-Komandanız  kimlərdən ibarətdir ?

- Hazırda Buket.az komandasında 5 nəfərlə işləyirik. Belə ki, komandamız 2 proqramçı, 1 dizayner, 1 bloqer və bir  biznes inzibatçısından ibarətdir.  Onu da qeyd edim ki, yaxın zamanda Buket.al-ın rəsmi bloqu da fəaliyyətə başlayacaq.

-Məlumdur ki, startaplar yeni fəaliyyətə başlayanda bir çox problemə üzləşir. Onlardan biri də investor məsələsdir. Sizdə bu istiqamətdə işlər necedir? . Yerli və qlobal bazardan layihəyə investisiya dəstəyi varmı?

-Azərbaycanda startap yaradanda məlum olan bəzi problemlər var. Bir tərəfdən bizim bazar boşdur. Yəni, xaricdə gördüyün ideyanı Azərbaycan bazarına gətirib, asanlıqla tətbiq etmək olur. Amma sonradan fəaliyyət göstərmək üçün dəstək, investor tapmaq çox çətindir. Bir sözlə, qalırsan tək başına. Gərək bu yolda bütün işləri özün edəsən. Biz də  hələki özümüz etməyə çalışırıq.

-Qlobal bazarlara çıxmaq istəyirsinizmi?. İlk olaraq hansı ölkələrdən başlamaq niyyətindəsiniz?

-2017-ci ilin sonuna qədər Gürcüstan bazarına daxil olmağı planlayırıq. Daha sonra isə Rusiya bazarına daxil olub, oradan da Şimali Afrika və Orta Asiyada fəaliyyətimizi genişləndirmək istəyirik. Artıq Türkiyə ilə bu sahədə danışıqlar davam edir.

-Yeri gəlmişkən, qarşıdan Sevgililər Günü gəlir. Buket.al-da bununla bağlı hansısa yenilik gözlənilirmi?

-Buket.al-da Sevgililər Günündə sifarişlər bağlı olacaq. Daha yaxşı olar ki, alıcılar ən az 2 gün əvvəlcədən saytdan sifariş etsin. Onu da qeyd edim ki, Bakı və Gəncədə çatdırılma ödənişsizdir.

Xeberler.az oxuyucuları üçün xüsusi kupon kodu ilə bütün məhsullarda pulsuz çatdırılma və 5 AZN endirimi istifadə edə bilərsiniz. Bunun üçün Buket.al-da məhsulu səbətinədə "xeberler" sözünü yazıb, yoxlanı sıxmaq lazımdır.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə