Previous Next
Bağla

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

15-04-2016 11:21
Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq-Təbii.AL

Xeberler.az olaraq bu il Startap Azərbaycan müsabiqəsində iddiaçı olan layihələrlə bağlı yazılar yayımlamağa, startapları ictimaiyyətə təqdim etməyə davam edirik.

Ötən yazımızda Allrent startapından danışmışdıq.

Startap Azərbaycan-da qeydiyyatdan keçən layihələrdən biri də Təbii.AL startapıdır.

Təbii.AL veb və mobil platformalar vasitəsilə təbii məhsulların satışını həyata keçirir.

Layihənin məqsədi texniki şəraitdə hazırlanan məhsullar deyil, təbii şəraitdə və öz regionunda yetişdirilən məhsulların satışını həyata keçirməklə yanaşı, kənd təsərrüfatına öz töhfəsini verməkdir.

Təbii.AL startapı ilə bağlı daha ətraflı layihə rəhbəri Ələkbər Məmməd  ilə söhbət etdik.

Ələkbər Məmməd Xeberler.az-a bildirib ki, platformada  satılan məhsulların hamısı təbii şəraitdə yetişdirilmiş və keyfiyyətinə zəmanət verilən kənd təsərrüfatı mallarıdır:

“Biz həm alıcı, həm də satıcılarımızı tam hüquqi mühitlə təmin edirik. Layihəyə başlayanda bazar araşdırması da  etdik. Satacağımız məhsulların hazırki bazar qiymətlərini araşdırdıq. Eyni zamanda  araşdırdığmız qiymətləri alıcı və satıcıların  düşündükləri qiymətlərlə qarşılaşdırdıq və nəticəni buna görə müəyyənləşdirdik”.

Layihə rəhbəri qeyd edib ki,  platformada məhsulların çatdırılması da nəzərdə tutulduğu  üçün hələki istiqaməti yerli bazara yönəldiblər:

“Layihənin formalaşma və araşdırma mərhələsi artıq bitib. Məhsulları satacağımız və bizə qalan komissiya haqlarının qiymətləri, eyni zamanda çatdırılma və siğorta haqlarını da artıq planlaşdırmışıq. Layihə hazırda bizim plana görə "çözümlərin yaradılması", yəni, vebsayt və tətbiqlərin hazırlanması mərhələsindədir”.

Ələkbər Məmməd Startap Azərbaycan 2016-dan gözləntiləri barədə də danışıb:

“Startap Azərbaycan-dan gözləntilərimiz çoxdur (gülür).  Qalib ola bilməsək də ,  bu yarışmada iştirak həqiqətən bizim üçün böyük bir şans olacaq. Uzun müddətdir ki, Azərbaycanda heç bir startap yarışmasında iştirak etmədiyim üçün bu yarışma mənim üçün bir "geri dönüş" olacaq”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- GoTrip

18-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-WebCamTV.WebCam

19-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Tələbə Kitabxanası

27-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq- OfferBee

25-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Edu-Map

21-04-2016

Startap Azərbaycan iddiaçılarını tanıyaq-Qənaət

26-04-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- Allrent

13-04-2016

Aqrar sahədə 30-a yaxın startapçı ilə məhsullarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır

20-12-2023

Yerli və təbii balın onlayın satışı- Mr.Bee

22-01-2016

Nazirlik məhsulların qiymətini elektron formada açıqlayacaq

04-06-2015

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

KOBİA startapların xarici bazarlara çıxışına dəstək olacaq

17-01-2023

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

ABAD-çı ailələrin məhsulu onlayn satışa çıxarıldı

01-11-2017

“Kənd təsərrüfatı məhsulunun qiymətini göstərən elektron sistem hazırlanır”

23-09-2015

agroX Müsabiqəsinin yarım finalçıları ilə görüş olacaq

03-07-2019

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016

Bazar informasiya və kommersiya mərkəzi yaradılacaq.

22-07-2010

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

Azərbaycan startapı ABŞ-da məşhur yarışmaya qatılır

30-08-2016

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə