ABŞ-ın Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sadə tapşırıqları yerinə yetirən zaman yol verdiyi səhvlər üzərində öyrənən robot yaradılıb.
Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, “BRETT” adlanan robot oyuncaq təyyarə yığa, konstruktorun detallarını quraşdıra və ya butulka qapağını aça bilir. Proseslərin hamısında robot əvvəlki sınaqlarda buraxılan səhvləri nəzərə alır və manipulyatorların hərəkətinə düzəlişlər edir.
Alqoritmlərinin əsasını öz biliyini artırma sisteminin təşkil etdiyi robot əvvəlki təcrübələrdən nəticə çıxararaq proqram təminatını müstəqil şəkildə düzəldir ki, gələn dəfə qarşıya qoyulan vəzifəni düzgün yerinə yetirə bilsin.
Mühəndislərin fikrincə, gələcəkdə “BRETT” robotunun analoqları evi süpürmək və ya kirli paltarları yumaq kimi daha mürəkkəb əməliyyatları yerinə yetirə biləcəklər.
Hazırda robot tərəfindən asan əməliyyatın yerinə yetirilməsi prosesinə çox vaxt tələb olunur, lakin alimlərin qənaətinə görə, yaxın 5-10 ildə bu sahədə əhəmiyyətli irəliləyişə nail olunacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri