Corciya Texnologiya İnstitutunun mühəndisləri süni intellekt vasitəsilə insana xəstəxana paltarını geyindirməyi öyrənən robot yaradıblar.
Xeberler.az xarici mediaya istinadən bildirir ki, bunun üçün robot kameralara ehtiyac duymur. O, parçanın dartılma gücünə əsaslanır.
Plana əsasən, gələcəkdə xəstəxanada pasiyentlərə kömək üçün işə başlayacaq PR2 adlı robot hazırda öyrənməklə məşğuldur. Təlim prosesini sürətləndirmək üçün mütəxəssislər tərəfindən süni intellektin xalatı necə geyindirməsini nümayiş etdirən 11 min virtual nümunə yaradılıb.
Onların arasında səhvsiz hərəkətlər və kobud səhvlər var. Nümunələrə əsaslanan alqoritm prosedur zamanı gücü müqayisə edərək ölçməyi mənimsəyib.
“İnsanlar bacarıqları sınaq və səhvlər vasitəsilə öyrənirlər. Biz PR2 robotu üçün bu imkanı yaratdıq. İnsan üzərində minlərlə sınağın aparılması təhlükəli və yorucu olardı. Lakin bir günə simulyasiyaların öyrənilməsi robotda insanın geyinmə zamanı hansı hisslər keçirməsi barədə təsəvvür yaradıb”, – deyə tədqiqat rəhbəri doktor Zakkori Erikson bildirib.
Bununla yanaşı, robot öz hərəkətlərinin nəticələrini proqnozlaşdırmağı öyrənir. O, manipulyasiyaların insana təsirini başa düşmək üçün saniyənin beşdə bir hissəsini proqnozlaşdırır. Tədqiqatçıların sözlərinə görə, vaxtın az olması səhvlərin sayını artırıb. Hazırda xalatın bir qolunu geyindirmək üçün süni intellektə 10 saniyə lazımdır. Mütəxəssislər əmindirlər ki, yaxın gələcəkdə robot bütün paltardəyişmə prosesini mənimsəyəcək, buna sərf olunan vaxt isə azalacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri