Çin alimləri robot qadın yaradıb-Video

18-04-2016 / 15:03

Çinin Elm və Texnologiyalar Universitetinin əməkdaşları "JiaJia” adlı robot qadını geniş ictimaiyyətə təqdim ediblər.

Xeberler.az RYTN-in elektronxəbər xidmətinə istinadən məlumat verir ki, robot həmsöhbətlə dialoq qura bilir, sualları cavablandırır və zarafat edir. Mühəndislərin ərsəyə gətirilməsinə 3 il sərf etdikləri “Jia Jia” emosiyaları da ifadə edir.

Əvvəlki interaktiv robotlardan fərqli olaraq yeni robotda gözlər tam təbii şəkildə hərəkət edir. O, həmçinin danışan zaman dodaqlarını və əllərini tərpədə bilir.

Konseptual texnologiya olan robotun satışa çıxarılması gözlənilmir. Hazırda texnologiya üzərində bilavasitə robota şəhər şəraitində hərəkət etməyə imkan verən tamamlama işləri aparılır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə