“Sənaye 4.0 Hazırlıq” çərçivəsində növbəti şirkətlə danışıqlar aparılıb

21-10-2025 / 17:44

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət etmiş “Unimetal” MMC-nin Baş icraçı direktoru Kamran Həşimovla görüşdə metal konstruksiyalar, dəmir-beton məhsulları və sənaye üçün nəzərdə tutulan digər mühüm komponentlərin istehsalı sahəsində ixtisaslaşmış müəssisədə tətbiq olunan müasir texnologiyalar və proseslərin avtomatlaşdırılma səviyyəsi barədə fikir mübadiləsi aparılıb.

Xeberler.az bildirir ki, “Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində atılacaq addımlar, müəssisənin texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi və transformasiyası istiqamətində planlaşdırılan fəaliyyətlər müzakirə olunub.

“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 4SİM tərəfindən həyata keçirilir və yerli sənaye müəssisələrinin texnoloji transformasiyasını sürətləndirməyi, əməliyyat səmərəliliyini artırmağı və innovasiyalar vasitəsilə onların rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.

Proqram çərçivəsində istehsalyönümlü və ixrac potensialı yüksək olan müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir. Müstəqil ekspertlər tərəfindən aparılan diaqnostikanın nəticəsində şirkətlər texnoloji transformasiya üçün fərdi yol xəritəsi əldə edir. Yol xəritələrinin icrası mərhələsində müəssisələrə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən güzəştli kreditlərin verilməsi və beynəlxalq mütəxəssislərin iştirakı ilə ekspert dəstəyinin göstərilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə