İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulan müəssisələr üçün “Təcrübə mübadiləsi sessiyası” keçirilib.
Xeberler.az bildiri ki, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov çıxışında “Sənaye 4.0 Hazırlıq” Proqramının sənaye müəssisələrinin texnoloji transformasiyasının sürətləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, proqram çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir və transformasiya üzrə yol xəritəsi təqdim olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə yerli müəssisələrin əməliyyat səmərəliliyini artırmağı və rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.
Tədbir beynəlxalq ekspertlərin təqdimatları ilə davam edib. Sənaye 4.0-da süni intellekt və maşın öyrənməsi tətbiqləri, dəyişikliklərin idarə olunması və proqnozlaşdırıcı texniki xidmət kimi mövzular üzrə praktiki nümunələr təqdim olunub. Ekspertlər rəqəmsal transformasiyanın yalnız texnoloji deyil, həm də insan amili baxımından kompleks yanaşma tələb etdiyini vurğulayıblar. Real sənaye nümunələri əsasında müxtəlif həll modellərinin üstünlükləri müqayisə olunub.
Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada proqrama qoşulan müəssisələrin transformasiya üzrə məsul şəxsləri və mütəxəssislər iştirak ediblər.



Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları