Previous Next
Bağla

NRYTN-in dəstəyi ilə “COIA-2020” beynəlxalq konfransı keçirilir

26-08-2020 16:46
NRYTN-in dəstəyi ilə “COIA-2020” beynəlxalq konfransı keçirilir

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci Beynəlxalq Konfransı (COIA-2020) onlayn formatda işə başlayıb.

Xeberler.az bildirir ki, üç gün davam edəcək konfransın təşkili tədqiqatçıların və tələbələrin fikirlərini bölüşməsi, son nəticələri müzakirə etməsi üçün sənaye mütəxəssisləri ilə görüşə biləcəyi bir ortam təmin etmək məqsədi daşıyır.

“COIA-2020” “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” mövzularını əhatə edir.

İdarəetmə və optimallaşdırmanın bütün aspektləri plenar görüşlərdə tanınmış alimlər tərəfindən təqdim ediləcək.

Konfransın saytında ( www.coia-conf.org ) dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib. Redaksiyaya 300-ə qədər məqalə daxil olub, rəy prosesindən sonra 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil edirlər.

Beynəlxalq konfrans haqqında ətraflı məlumatı www.coia-conf.org saytından əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda “COIA-2015” beynəlxalq konfransı keçiriləcək

22-07-2015

Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir

24-08-2022

Dünya alimləri Bakıya toplaşıb

11-07-2018

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq elmi konfransı (COIA-2022) keçirilib

31-08-2022

Bakıda sənaye həlləri mövzusunda beynəlxalq konfrans keçirilir

27-08-2015

“Kibernetika və İnformatikanın Problemləri” konfransı yekunlaşıb

29-08-2025

“Kibernetika və informatikanın problemləri” adlı konfrans keçirilir

26-08-2025

Bakıda gənc alim və tələbələrin III beynəlxalq elmi konfransı keçiriləcək

03-10-2009

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

29-03-2024

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE beynəlxalq konfransı öz işinə başlayıb

19-10-2023

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011

Bakıda beynəlxalq İKT konfransı keçiriləcək

25-01-2016

Bakıda IV beynəlxalq konfrans keçiriləcək

26-03-2012

Növbəti beynəlxalq konfrans 38 ildən sonra yenidən Bakıda keçirilir

14-09-2018

Sənaye həlləri mövzusunda beynəlxalq konfrans keçiriləcək

19-08-2015

NRYTN-nin beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

02-07-2021

"Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri" mövzusunda konfrans keçiriləcək

19-10-2020

İnformatika üzrə beynəlxalq konfrans keçiriləcək

18-03-2013

“Azərkosmos” azərbaycanlı alimlər, elm adamları və tədqiqatçıları kosmik sahə üzrə müsabiqələrə dəvət edir

08-12-2020

7-ci “womENcourage” beynəlxalq virtual toplantısı ADA Universitetində keçiriləcək

23-09-2020

Azərbaycan İKT ilə bağlı beynəlxalq konfransda təmsil ediləcək

12-09-2017

IFAC-in üç günlük Bakı konfansının bağlanış mərasimi keçirilib

17-09-2018

İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

06-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə