Sharp AQUOS – telefon yoxsa televizor?

01-11-2008 / 12:08
Sharp və Softbank Yaponiyada birgə hazırladıqları AQUOS FULLTOUCH 931SH kommunikatorunu təqdim ediblər. Xatırladaq ki, Sharp, AQUOS brendi altında maye-kristal televizorlarını yayır. Elə AQUOS FULLTOUCH 931SH smartfonu da onların bir hissəsi sayılır. Yeni smartfonun ekran diaqonalı 3,8”, 1024x480 piksel imkanlıdır. Bundan əlavə, teleqəbulediciyə oxşaması üçün smartfona 1-Seg formatlı rəqəmli tüner quraşdırılıb.
Xarakterik xüsusiyyətlərinə Bluetooth və GPS, təsvirin və işığın stabilizasiyası funksiyası ilə 5 meqapikselli  kamera, microSDHC kartı üçün yer, MultiTouch-la əlaqəsi olan texnologiyanın məşhur 3,8” displeyi aiddir. Sharp AQUOS aparatının satışa çıxarılması Yaponiyada yaxın günlərdə baş tutacaq. Digər regionlarda satılacağı haqda isə heç bir məlumat yoxdur.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə