Microsoft şirkətinin nümayəndəsi cari ilin iyun ayının əvvəlində məlumat vermişdi ki, Skype internet telefoniya servisində həyata keçiriləcək genişmiqyaslı yeniləmə nəticəsində sözügedən xidmət iMessage, WhatsApp, Messenger, Snapchat və başqa messencerlərlə rəqabət apara biləcək.
Tərtibatçılar, eyni zamanda, iyulun 1-dən bəzi köhnə sistemlərdə sözügedən servisin dəstəyinin dayandırılması haqda məlumat vermişdi.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən bildirir ki, 1 iyul 2017-ci il tarixindən Windows RT, Windows Phone 8 və 8.1 sistemlərinin sahibləri üçün Skype servisi əlçatmaz olub.
Messencer Smart TV funksiyasına malik televizorlarda və Windows 10 Mobile üçün Messaging proqramında artıq işləməyəcək.
Xatırladaq ki, Skype servisinin yuxarıda adı çəkilən əməliyyat sistemlərində dəstəyinin dayandırılması xidmətin bulud infrastrukturuna keçidi ilə bağlıdır. Tərtibatçılar Skype-dan istifadə etməyi planlaşdıran istifadəçilərə öz əməliyyat sistemlərini yeniləməyi israrla tövsiyə edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri