Previous Next
Bağla

SMM2018 Business Breakfast-in açılış mərasimi keçirilib

28-08-2018 17:24
SMM2018 Business Breakfast-in açılış mərasimi keçirilib

Dreamland Baku mərkəzində Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu və ASAN Könüllülük Məktəbinin ASAN kadr karyera mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan #SMM2018 Business Breakfast layihəsinin açılış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, açılış mərasimində çıxış edən layihə rəhbəri Ləman Əhmədova bu layihənin artıq 3 ildir ki, təşkil olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, layihə çərçivəsində gənclər üçün 2 aylıq ödənişsiz SMM təlimi təşkil olunacaq. Məqsəd Azərbaycan gənclərinin Sosial Media Marketinqi peşəsinə yiyələnməsinə və əmək bazarında bu sahənin mütəxəssislərinə olan böyük tələbatdan istifadə edərək uğurlu karyera qurmasına dəstək olmaqdır: Bu il də layihə çox böyük maraqla qarşılandı. SMM fəaliyyətinə maraq göstərən yüzlərlə gənc təlimlərdə iştirak üçün müraciət edib. Ümid edirik ki, qarşıdakı 2 aylıq zaman hamımız üçün faydalı olacaq. Təlim zamanı əldə etdikləri bilik və bacarıqlar iştirakçılarımızı gələcək fəaliyyətlərində daha da uğurlu edəcək. Layihəyə baş sponsorluq dəstəyinə görə Azərbaycan Beynəlxalq Bankına təşəkkürümüzü bildiririk”.  

Azərbaycan Beynəlxalq Bankının Marketinq kommunikasiyaları şöbəsinin müdiri Kamal Eminov isə bildirib ki, bank gənclərin fərdi inkişafına, karyera irəliləyişlərinə hər zaman dəstək verir. #SMM Business Breakfast layihəsinə baş sponsorluq da Azərbaycan Beynəlxalq Bankının bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir: Biz ASAN Xidmət və onun ayrı-ayrı qurumları ilə indiyə qədər də bir sıra maraqlı layihələr həyata keçirmişik. Bəzi layihələrimizsə hələ davam edir. İnanırıq ki, SMM2018 Business Breakfast layihəsi də bizim ən faydalı layihələrimizdən olacaq. Gənclərin fərdi inkişafında, işgüzar əlaqələrinin formalaşmasında, karyera inkişafında böyük rol oynayacaq”.

Builki təlimlərə 60 nəfər iştirakçı qatılıb. 2016-cı ildən bəri ənənəvi olaraq keçirilən SMM Business Breakfast təlimlərində indiyə qədər 110 gənc iştirak edib. Onlardan 86 nəfəri təlimlərdən sonra müxtəlif şirkətlərdə SMM sahəsi üzrə işlə təmin olunub. Açılış mərasimində əvvəlki illərin məzunlarından bir neçəsi də öz uğur hekayələrini iştirakçılarla bölüşüblər. 

Qeyd edək ki, təlim zamanı ölkənin tanınmış SMM mütəxəssisləri 2 ay ərzində gənc iştirakçılara bu sənətin incəliklərini öyrədəcəklər. İştirakçılar komanda quruculuğu, brend hekayəsinin yaradılması, SMM biznesi, sosial şəbəkə hesablarının idarə olunması, brendin tanıdılmasının üsul və vasitələri, kontentin hazırlanması, sosial mediada sosial məsuliyyət, KSM layihələri, qrafik dizayn, bank sektorunda ictimaiyyətlə əlaqələr, bank sektorunda rəqəmsal marketinq, vloggerlik, influencer marketinq və s. bu kimi mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.  

Bundan başqa, gənclərin işgüzar çevrəyə daxil olması, kommunikasiya imkanlarının genişlənməsi üçün onların ayrı-ayrı şirkətlərin rəhbər şəxsləri ilə səhər yeməyində görüşləri də təşkil olunacaq.

#SMM2018 Business Breakfast təliminin təşkilinə Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə yanaşı, Alliance Assist Group, Media Balans, Winter Park Hotel də dəstək verir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN kadr karyera mərkəzindən gənclərə dəstək

01-08-2018

İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu

14-12-2018

“Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı müzakirə keçirilib

26-09-2025

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

17-12-2018

Bakcell növbəti karyera sərgisinə qatılıb

22-05-2018

“Azercell”-dən gənclərə növbəti iş imkanı

03-03-2020

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

17-04-2026

ABB-nin dəstəyi ilə “Karyera Həftəsi” başlayıb

17-04-2025

Nar-dan gənclərə karyera fürsəti

14-03-2019

ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

12-03-2019

İKT Akademiyası-nın bağlanış tədbiri keçirilib

31-07-2019

Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

08-10-2018

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025

İKT Akademiyası layihəsinin bağlanış tədbiri keçirilib

04-03-2019

“İKT Akademiyası” layihəsinin bağlanış tədbiri keçirilmişdir

01-07-2019

BANM və Asan Kadr ikinci Karyera sərgisi keçirəcək

06-03-2019

Nar gənclərin uğurlu karyera qurmasına dəstək olur

04-03-2019

Nar gənclərə karyera qurmaqda dəstək olur

10-12-2018

"ASAN Akademiya - 2024" layihəsi başa çatıb

25-09-2024

Bakcell Gəncədə məzun yarmarkasına qatılıb

06-06-2018

Hesab.az “ASAN Akademiya 2019” layihəsinə dəstəyə görə təltif olunub!

02-07-2019

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

11-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə