Məşhur mesajlaşma tətbiqi “Snapchat” istifadəçilərin köhnə foto və videolarını saxlamaq üçün ödəniş tələb edəcəyini açıqlayıb.
Xeberler.az BBC-yə istinadən məlumat verir ki, bu qərar illər ərzində böyük arxiv yaradan istifadəçilərin narazılığına səbəb olub. 2016-cı ildən tətbiqdə mövcud olan “Memories” funksiyası istifadəçilərə əvvəl paylaşdıqları məzmunu saxlamağa imkan verir. Lakin yeni dəyişikliklərə əsasən, 5 gigabaytdan (GB) artıq yaddaşa malik olan istifadəçilər arxivlərini qorumaq üçün ödəniş etməli olacaqlar.
Şirkətin bildirdiyinə görə, istifadəçilərə əvvəlcə 100 GB-lıq yaddaş planı təklif ediləcək, daha yüksək həcmli yaddaş isə “Snapchat+” və “Snapchat Premium” abunəçilərinə ödəniş qarşılığında təqdim olunacaq. Şirkət dəyişikliklərin qiyməti barədə məlumat verməsə də, bunun qlobal miqyasda mərhələli şəkildə tətbiq olunacağını bildirib.
Qeyd edək ki, son on il ərzində istifadəçilər tərəfindən 1 trilyondan çox “xatirə” saxlanılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları