Previous Next
Bağla

SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

02-06-2026 10:57
SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq.

Xeberler.az məlumat verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.

Bildirib ki, SOCAR fəaliyyət istiqamətlərini genişləndirərək enerji və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrə investisiya yatırır: "SOCAR fəaliyyətə neft şirkəti kimi başlayıb, daha sonra neft-qaz şirkətinə, sonrakı mərhələdə isə bərpa olunan enerji mənbələrini və kombinə edilmiş qaz-turbin elektrik stansiyalarını portfelinə daxil etməklə enerji şirkətinə çevrilib. Şirkətin növbəti inkişaf mərhələsi data mərkəzləri və süni intellekt infrastrukturu sahəsi ilə bağlıdır. Enerji sektorundakı bir çox şirkətlər kimi, biz də data mərkəzləri və süni intellekt sahəsinə investisiya yatırırıq. Uzunmüddətli perspektivdə rəqabətqabiliyyətli qalmaq üçün bu istiqamət strateji əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, bu yaxınlarda imzalanan müqavilələrdən biri Azərbaycanda data mərkəzi və süni intellekt mərkəzinin yaradılmasını nəzərdə tutur: "Şirkətin fəaliyyəti artıq yalnız Azərbaycanla məhdudlaşmır və müxtəlif ölkələrdə həyata keçirilən investisiyalar hesabına qlobal iştirakını genişləndirir. Transformasiya prosesi şirkətin insan kapitalının strukturunda da özünü göstərir. Belə ki, son illərdə SOCAR-da çalışan xarici mütəxəssislərin sayı artıb, müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə şirkətlərdə və rəhbər vəzifələrdə beynəlxalq təcrübəyə malik mütəxəssislər daha geniş təmsil olunmağa başlayıb. Əvvəllər SOCAR əsasən yerli insan kapitalına əsaslanırdısa, bu gün şirkət beynəlxalq kadr potensialına malik qlobal enerji şirkətinə çevrilib".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SOCAR və İDB rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

02-03-2023

SOCAR “Microsoft” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

04-08-2023

SOCAR "Baykar" şirkətini "yaşıl enerji" ilə təmin edib

30-08-2023

SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb

27-10-2025

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

12-05-2026

SOCAR və ICIEC rəqəmsallaşma sahəsində əməkdaşlığı müzakirə edib

06-09-2023

Turkcell SOCAR ilə mobil rabitə şəbəkəsi yaradır

22-11-2022

SOCAR və İBM Azərbaycanda onlayn Data Mərkəz yaradıb

25-01-2018

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil edib

23-01-2026

“SOCAR Fiber” və “TurkNet” əməkdaşlıq sazişi imzalayıb

03-07-2025

“Enerji və IV Sənaye İnqilabı” hakaton yarışı keçiriləcək

26-07-2022

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

SOCAR “Boston Consulting Group” ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

30-05-2023

SOCAR ilə “IntelliGrid” arasında Saziş imzalanıb

11-11-2024

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

01-12-2025

Azərbaycan süni intellektə əsaslanan həlləri tətbiq etməyi hədəfləyir

19-05-2026

İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

25-04-2023

“ASAN Kommunal Mərkəzləri açılacaq”

16-09-2016

SOCAR və “SAP SE” innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

12-06-2023

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024

SOCAR ABŞ şirkəti ilə əməkdaşlıq imkanlarını araşdırır

12-11-2024

Bakı Ali Neft Məktəbi Bərpaolunan Enerji Mərkəzi yaradır

12-05-2015

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026

Azərbaycanda yeni günəş və külək enerjisi stansiyaları tikiləcək

17-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə