Sony Ericsson`dan 2 yeni model

16-04-2009 / 11:53

Sony Ericsson S312 və W205 adlı mobil telefonlarını satışa çıxardı. Sony Ericsson S312 modeli 2 Meqapiksel LED işıqlı kameraya, MP3 player,UKW radio, EDGE, Bluetooth (A2DP), USB və Memory Stick`lə 2 GB-dək artırılan yaddaşa malikdir. Telefonda həm də şəkilin daha keyfiyyətli alınması üçün üçün Photofix proqramı var. Sony Ericsson S312 tünd-mavi və bal-gümüşü rənglərdə olacaq.

2009-cu ilin yaz aylarında bazara çıxarılacaq. Qiyməti 130 $-dır. Sony Ericsson W205 isə daha çox musiqini xoşlayanlar üçündür. Walkman seriyasına daxil olan modeldə TrackID musiqisini tanıyan MP3 player var. Bundan əlavə W205 Mini Opera brauzerinə, 1,3 Megapiksel kamera və Memory Stick Micro ilə 2 GB-ə qədər artırıla bilən yaddaşa malikdir. Mobil interneti xoşlayanlar üçün isə əlverişli model deyil.Çünki yalnız GPRS xidməti var. EDGE və ya UMTS yoxdur. Qara rəngdə olan model bu ilin yayında satışa çıxarılacaq. Qiyməti isə yenə 130 $-dır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə