Yeni Sony Ericsson W995 böyük imkanlarla!

16-02-2009 / 18:13

Yeni slayder Sony Ericsson W995 öz funksionallığı ilə tezliklə alıcıları sevindirəcək. Telefon 2,6 düymlük 240x320 piksel displey, 3G şəbəkəsi, Wifi, GPS modulu, FM radioqəbuledici, 8 Gb M2 yaddaş kartı, 8 Mp kamera ilə təchiz olunub.

Yeni model nazik korpusla 3 rəngdə təqdim edilir: qara, qırmızı və gümüşü.

Üçüncü nəsil şəbəkələrini dəstəkləyən telefonla təkcə MMS göndərmək yox, həm də videozənglər qəbul etmək və İnternetdə olarkən videolara yüklənməni gözləmədən baxmaq mümkün olacaq.

Telefonda GPS modulunun imkanlarının testdən keçirilməsi üçün Wayfinder Navigator proqramının sınaq versiyası quraşdırılıb. 8 Mp kamera ilə təkcə şəkil deyil, həm də YouTube-ə yükləmək mümkün olan videoçarxlar da çəkmək olacaq.


8 Gb-lıq Memory Stick Micro(M2) kartı çoxlu musiqi və video saxlamağa imkan verəcək. Telefonun sim dəstində əlavə 3,5 mm ayırıcısı da var ki, onun köməyi ilə telefonu audiosistemlərin əksəriyyətinə birləşdirmək olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə