Previous Next
Bağla

Startapçılarımız informasiyanın əldə edilməsini asanlaşdıran yeni sistem yaradıb

22-07-2015 20:17
Startapçılarımız  informasiyanın əldə edilməsini  asanlaşdıran yeni sistem yaradıb

Azərbaycanlı startapçılar informasiya əldə edilməsi prosesini asanlaşdıran yeni sistem yaradıblar.

Xeberler.az-ın məlumatına görə, Mobchannel adlanan layihənin əsas üstünlüyü insanların vaxtına qənaət etməsi və lazımı informasiyanı axtarış etmədən izləyə bilməsidir.

Platformanın məhz 22 iyul – Milli Mətbuat günündə təqdim edilməsi  isə təsadüfi olmayıb.

Layihənin rəhbəri Vaqif Abbasov Xeberler.az-a bildirib bildirib ki, Mobchannel əksər yerli və xarici mətbuatı bir mənbədə toplayan sistemdir: “Artıq insanlar onlara maraqlı olan bütün növ məlumatları vahid platformadan izləyə bilərlər”.

Vaqif Abbasov qeyd edib ki, 2014-cü ildə apardıqları  “İnsanlar İnternetdən nə üçün istifadə edir?” adlı araşdırmada  maraqlı məqamla qarşılaşıblar. Belə ki, araşdırma zamanı məlum ki,  İnternet istifadəçiləri uzun zaman sərf  İnternetdə axtarış etmələrinə baxmayaraq doğru informasiyanı əldə etməyə çətinlik çəkirlər.   Mobchannel platforması isə bu istiqamətdə istifadəçilərə kömək məqsədilə yadılıb.

Vaqif Abbasov deyib ki, Mobchannel insanlara lazım olan məlumatları axtarış etmədən əldə etməyə kömək edən platformadır. İstifadəçi sistemdə təyin olunmuş 15 kanal üzrə (xəbər, maraqlı, kino, tədbirlər, səyahət, vakansiya, alış-veriş, əmlak alqı-satqısı, avtomobil alqı-satqısı) istədiyini seçib, profil məlumatlarını daxil edir. Bununla o axtardığı məlumatların avtomatlaşdırılmış şəkildə əldə olunmasını təmin edir və lazımı məlumat olduğu təqdirdə bildiriş funksiyası ilə ani xəbərdar olmuş olur:

“İnternet inkişaf etdikcə veb-saytların sayı sürətlə artmaqdadır. Netcraft-ın məlumatına görə,  2013-cü ilin iyun ayında 673 milyon olan veb səhifələrin sayı 2014-cü ildə 969 milyona yüksəlib. Bir il ərzində 300 milyona yaxın yeni veb sayt açılıb. Zaman keçdikcə bu rəqəmlər daha da artacaq və biz lazım olan informasiyanı əldə etməyə çətinlik çəkəcəyik və ya lazımı informasiyanı əldə etməyə böyük zaman sərf edəcəyik”.

Layihə rəhbərinin sözlərinə görə, Mobchannel platformasında istifadəçi 15 kanaldan istədiyini seçərək öz profilini yaradır, həmin kanallar üzrə məlumatları əldə etməyə başlayır:

“İstifadəçi profilinə uyğun yeni məlumatlar olduğu zaman bildirişlər alaraq dərhal xəbərdar olur. Məsələn, istifadəçi vakaansiya kanalında axtardığı işə uyğun olaraq filterləri (məkan, maaş, işin növü) seçir. Bu zaman həmin filterlərə uyğun iş elanları varsa istifadəçiyə təqdim olunur və ya yeni iş elanları olduğu zaman istifadəçiyə bildirişlər gəlir. İstifadəçi bunun kimi digər 14 kanalda da profilini yaradaraq ona lazım olan məlumatları axtarış etmədən əldə edə bilər.

Hazırda proqram android əməliyyat sistemli telefonlar üçün mövcuddur. 

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İT gündəmdə nə var, nə yox?

27-03-2015

Milli Net-in “Mobil tətbiqlər” nominasiyasında yer tutan saytlar

11-12-2015

ChatGPT axtarış funksiyasını aktivləşdirdi

01-11-2024

Azərbaycanda bütün tədbirləri pulsuz işıqlandıran daha bir sayt yaradılıb

08-06-2015

Facebook-dan daha bir yenilik

25-10-2015

Hesab.az-da Masterpass kampaniyası qazandırır

05-04-2021

EvElanlari.az saytı mobil versiyasını təqdim edib

17-03-2015

Sosial mediadan pul qazanmaq üçün daha bir imkan- Keepface

08-01-2016

Microsoft-un intellektual axtarış sistemi peyda olub

05-07-2008

Nar+ ilə hesabınızı daha asan idarə edin

23-08-2019

Azercell-dən Milyon, milyon nömrələr kampaniyası

03-01-2019

İnternet yaradıcısı yeni struktur icad edib

03-10-2018

Elan saytlarında istifadəçilərin şəxsi məlumatları və pulları necə oğurlanır?

18-07-2016

Google süni intellekt məlumatlarını məhdudlaşdırır

08-05-2025

“mygov”da məlumat sorğuları barədə bildirişlər göndərilməyə başlanılıb

18-11-2025

Google-da şəxsi məlumatları necə silməli?

24-01-2018

Xaricdə təhsillə bağlı e-ərizələr yeni formada

17-04-2015

Facebook aldadıcı xəbər başlıqlarına müdaxilə edəcək

05-08-2016

Azərbaycan milli axtarış sistemini yaradır

23-09-2015

Qrant alan startaplar -Kim harada, nə edir?

16-03-2017

Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verilib

15-08-2020

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

Facebook öz axtarış sistemini yaradır

13-05-2015

Saytların analitikasını aparan platformaların reytinqi

02-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə