“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin 28 May Respublika Günü münasibətilə elan etdiyi fotomüsabiqənin qalibi iyunun 26-da elan ediləcək.
Xeberler.az-ın məlumatına görə, “Mən Azərbaycanı sevirəm!” (I love Azerbaijan!) adı altında keçirilən müsabiqənin əsas məqsədi ölkəmizin ən maraqlı, ən çox sevilən məkanlarının fotoşəklinin çəkilməsi və paylaşılmasıdır. Təşkilat Komitəsindən qeyd edilib ki, Birinci Avropa Oyunlarının bağlanış mərasiminə iki bilet qazanmaq istəyən hər kəs müsabiqədə iştirak edə bilər.
Bunun üçün "#baku2015" yazısı ilə birlikdə Azərbaycanın ən çox sevdiyiniz, istənilən yerində şəkil çəkdirmək lazımdır. Müsabiqə iştirakçısı olmaq üçün həmin şəkli #baku2015, #iloveazerbaijan və #biginbaku həştəqlərindən istifadə edərək, Twitter və Instagram səhifələrinizdə paylaşmaq kifayətdir. Müsabiqənin ilk mərhələsi iyunun 18-dək davam edəcək. İyunun 18-dən 20-dək “Bakı 2015” Elçiləri 5 ən yaxşı şəkli seçəcəklər.
Həmin seçilmiş fotolar iyunun 20-dən 26-dək səsvermə üçün “Bakı 2015” “Facebook” səhifəsində paylaşılacaq.
“Bakı 2015” qalibin seçilməsi üçün, bütün “Facebook” izləyicilərini ən maraqlı fotoşəkli bəyənməklə (like) səsvermədə iştirak etməyə dəvət edir. İzləyicilər tərəfindən ən çox bəyənilən fotoşəkil qalib seçiləcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri