İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti öz dəyərini 400 milyard ABŞ dolları kimi qiymətləndirərək investorlar üçün yeni tender təklifi təqdim edib.
Xeberler.az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, SpaceX mövcud səhmdarların bir hissəsinə şirkətdəki paylarını satmağa imkan verəcək yeni bir səhmdar satışını müzakirə edir. Səhmlərin bir ədədinin 212 ABŞ dolları qiymətində təklif olunması nəzərdə tutulur. Bu halda şirkətin ümumi bazar dəyəri 400 milyard dollara çatacaq.
Hazırda satışa çıxarılacaq səhmlərin dəqiq həcmi açıqlanmayıb. Satışın əsas məqsədlərindən biri ilkin investorların mənfəətlərini reallaşdırmasına imkan yaratmaqdır.
Bu qiymətləndirmə SpaceX-in dünyanın ən yüksək dəyərə malik özəl şirkəti statusunu bir daha möhkəmləndirir. Şirkət bu mövqedə Çin texnologiya nəhəngi ByteDance və süni intellekt sahəsində lider olan OpenAI-ı geridə qoyur — hər iki şirkət hazırda təxminən 300 milyard dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, 2024-cü ilin dekabrında SpaceX-in dəyəri 350 milyard dollar idi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları