Previous Next
Bağla

Spamlar ən çox hansı ölkədən göndərilir? –Siyahı

29-08-2017 10:26
Spamlar ən çox hansı ölkədən göndərilir? –Siyahı

Kaspersky Lab şirkəti spamerlərin korporativ sektora marağının artmasını qeyd edib. Belə ki, 2017-cil ilin ikinci rübündə şirkətin mütəxəssisləri müxtəlif təşkilatların əməkdaşları tərkibində zərərverici əlavələr olan elektron məktubların aldığını müəyyən ediblər.

Xeberler.az-ın məlumatına görə, bu cür məktublara bir çox müxtəlif zərərvericilər əlavə olunur: o cümlədən hücum olunan təşkilatın daxili servislərinə və maliyyə sistemlərinə daxil olmaq üçün login və parolların oğurlanması.

Bundan başqa, ifşa olunmamaq üçün spamerlər bir sıra fırıldağa da əl atıblar. Məsələn, zərərverici proqramlar parollu arxivə yerləşdirilərək göndərilib ki, müdafiə həlləri onları açmamışdan öncə müəyyən edə bilməsin.

Məktubları alan şəxslərin sayıqlığını zəiflətmək üçün isə cinayətkarlar zərərverici yollamaları işgüzar məktublaşma kimi maskalayırdılar – bununla belə, onlar nəinki iş poştunu kopyalayır, həmçinin mövcud şirkətin rekvizitlərindən, imzalarından və loqotiplərindən istifadə edirlər, məktubun mövzusu bölməsində isə şirkətin fəaliyyət profilinə uyğun olmağa çalışırlar.

Spam-yollamalar üzrə (o cümlədən korporativ istifadəçilər üçün) ötən rübün ən qaynar mövzusu WannaCry şifrələyicisi olub. Bütün dünya üzrə poçt vasitəsilə yeni zərərverici ilə mübarizə aparmağa dair xidmətlər təklif olunurdu: yoluxmanın qarşısının alınması, təlim seminarlarının keçirilməsi və s. Bəzi məktublar tanınmış proqram təminatı istehsalçıları adından göndərilirdi. Məktubda qeyd olunurdu ki, istifadəçinin kompüteri virusa yoluxub və o, müəyyən bir yenilənməni quraşdırmalıdır. Məktubda yenilənməni yükləmək üçün link də qeyd olunurdu, lakin bu link istifadəçini fişinq səhifəsinə yönləndirirdi.

“Kütləvi məktub yollama prosesində cinayətkarların WannaCry-ı xatırlamaları bir daha onu göstərir ki, onlar potensial qurbanları olan – istifadəçilərdə ən çox narahatlıq hissi yaradan qlobal hadisələri necə diqqətlə izləyirlər. Hansısa bir hadisənin ətrafında yaranan ajiotaj cinayətkarların xeyrinədir, axı insan stress zamanı və ya hadisənin gedişatını bilmək məqsədilə ona gələn qaynar mövzulu məktubu, çox güman ki, açacaq, qeyd olunmuş linkə daxil olacaq və nəticədə cinayətkarların tələsinə düşəcək”, - deyə Kaspersky Lab şirkətinin kontent təhlili üzrə mütəxəssisi Darya Loseva bildirib.

Ümumiyyətlə isə, ikinci rüb ərzində dünya poçt trafikində spamın payı cüzi artaraq 57% təşkil edib. 2017-ci ilin ikinci rübünün yekunklarına görə, spamın mənbəyi üzrə dünya reytinqində ilk üç lider arasında dəyişiklik baş verib. Siyahıda ən çox göndərilən spam üzrə ilk yerdə göstəricisi 12,37% təşkil edən Vyetnam qərarlaşıb. İkinci yeri göndərilən spamın payı 8,65 faiz bəndi azalaraq 10,1% təşkil edən ABŞ tutub. Üçlüyü əvvəlki kimi Çin tamamlayır, bu ölkənin göstəricisi rüb ərzində 1,19 faiz bəndi artaraq 8,96%-ə çatıb. Azərbaycan isə bu göstəriciyə görə siyahıda 70-ci yerdədir.

Spam və fişinqdə digər rəqəmlər və tendensiyaları ilə Kaspersky Lab-ın analitik hesabatında tanış olmaq mümkündür.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bu il kriptovalyuta spamları artacaq”

23-02-2018

İyul ayında spam az olub

19-08-2008

“Kasperskiy laboratoriyası” spamların artdığını bildirib

14-10-2008

"Facebook" bir ildə Azərbaycandakı bazar payının 42 faizini itirib

02-04-2026

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016

Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

01-09-2025

"Yandex" Azərbaycandakı bazar payının 13 faizini itirib

02-10-2025

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019

"Instagram" 2 ayda Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

03-02-2026

"X" bir ayda Azərbaycandakı bazar payının 77 faizini itirib

03-11-2025

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

"Google" Azərbaycandakı bazar payının 10 faizdən çoxunu itirib

02-09-2025

"Instagram" Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

01-10-2025

"YouTube" Azərbaycandakı bazar payının 72 faizni itirib

01-09-2025

Rusiya SPAM sahəsində lider oldu

05-02-2009

Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

01-06-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

01-08-2025

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017

Xiaomi smartfonları Apple-a meydan oxuyur

05-08-2019

İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

25-08-2016

"Google Gemini"nin Azərbaycandakı bazar payı artıb

05-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə