Previous Next
Bağla

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019 13:21
Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

Xeberler.az bildirir ki, “Kaspersky Lab” şirkətinin mütəxəssisləri qeyd edirlər ki, cinayətkarlar spam yayılmasının yeni üsulunu tapıblar. Bu üsul nüfuzlu şirkətlərin ligitim saytlarındakı geri dönüş vasitəsi ilə həyata keçirilir. Bu hiylə, bəzi spam filtrlərini aşaraq reklam, fişinq linkləri və zərərverici kodları istifadəçidə şübhə yaratmadan yaymaq imkanı verir. Spamların yayılması üçün istifadə olunan bu üsul saytlardakı geri dönüş prinsipinin işləməsi hesabına yaranıb. Bir qayda olaraq, hər hansı xidmətdən istifadə etmək, bülletenə yazılmaq və ya sual vermək üçün əvvəlcə şəxsi hesab yaratmaq lazımdır. Bunu etmək üçün ad və e-poçt ünvanınızı qeyd etməlisiniz. Bu, əksər hallarda istifadəçiyə şirkətin saytından məktub göndərmək üçün lazım olur.

Spamerlər bu məktublara öz məlumatlarını əlavə etməyi öyrəniblər. Hiylənin işləmə mexanizmi belədir: hazır alınmış bazadan hər hansı bir qurbanın ünvanı qeyd edilir. Ad hissəsinə isə reklam mətni yerləşdirilir. Bu bir yandan spam kimi görünsə də, istifadəçi nüfuzlu şirkətin e-poçtunu görüb, spamdan şübhələnmir. Fırıldaqçılar bu üsuldan daha çox öz maraqlarına uyğun istifadə etməklə yanaşı, şirkətlərin ligitim saytlarının geri dönüşü hesabına reklam xidmətini də təklif edirlər. “Şirkətin saytı vasitəsi ilə spam göndərmək, ilk növbədə, təşkilatın işgüzar nüfuzuna xələl gətirir.

Çünki bir şəxs şirkət adından bezdirici reklam alırsa, təşkilatın spamer olduğunu düşünür. İkincisi, istifadəçilərin özləri risk altındadır. Cinayətkarlar asanlıqla ad qrafasına fişinq linki daxil edə bilər, bununla da məktubu alan istifadəçi internet fırıldaqçılarının qurbanı ola bilər. Buna görə də, təşkilatlar rəy formalarının necə işlədiyinə, xüsusən qeydiyyat və abunə xidmətlərinə diqqət yetirməlidirlər”, - bunu “Kaspersky Lab” şirkətinin baş spam analitiki Mariya Vergelis deyib. Saytları spam göndərmək üçün istifadə edən fırıldaqçıların qurbanı olmamaq üçün “Kaspersky Lab” təşkilatlara bunları tövsiyə edir:

*saytda geri dönüş formalarına və qeydiyyat xidmətlərinə daxil edilmiş məlumatların yoxlanılması mexanizmlərinin tətbiq edilməsi - real insanların adında vergül, xüsusi simvol, rəqəm və s. olmur;
*geri dönüş formaları vasitəsilə mesajlar yarada bilən botlardan qorunma metodlarını tətbiq etmək;
*saytda texniki zəifliyin olub olmadığını yoxlamaq;

*işçilərin, xüsusən də bu formalarının yaradılmasına məsul şəxslərin, məsələn
marketoloqlar və sistem rəhbərlərinin rəqəmsal savadlılığını daim təkmilləşdirmək. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018
Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

01-06-2018
Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

23-08-2019
Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018
Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019
 “Bu il kriptovalyuta spamları artacaq”

“Bu il kriptovalyuta spamları artacaq”

23-02-2018
“Kasperskiy laboratoriyası” spamların artdığını bildirib

“Kasperskiy laboratoriyası” spamların artdığını bildirib

14-10-2008
Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019
Spamlar ən çox hansı ölkədən göndərilir? –Siyahı

Spamlar ən çox hansı ölkədən göndərilir? –Siyahı

29-08-2017
Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

08-05-2019
Kaspersky Lab: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb

Kaspersky Lab: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb

11-06-2019
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Rusiya SPAM sahəsində lider oldu

Rusiya SPAM sahəsində lider oldu

05-02-2009
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
WhatsApp spamlarla mübarizəyə başlayır- Yeni xidmət

WhatsApp spamlarla mübarizəyə başlayır- Yeni xidmət

17-01-2018
Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020
İlk spam-ismarıc bu gün göndərilib

İlk spam-ismarıc bu gün göndərilib

03-05-2017
Fırıldaqçılar dünya maliyyə böhranı hesabına qazanc əldə etməyə çalışacaqlar

Fırıldaqçılar dünya maliyyə böhranı hesabına qazanc əldə etməyə çalışacaqlar

02-11-2008
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020
“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

01-10-2020
Kaspersky azərbaycanlı təqaüdçüləri ayıq-sayıq olmağa çağırır

Kaspersky azərbaycanlı təqaüdçüləri ayıq-sayıq olmağa çağırır

28-12-2019
Mobil istifadəçilər ən çox hansı zərərli  məzmunla qarşılaşır?

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018
Kaspersky: Kibercinayətkarlar "Zoom"-a hücumlar edir

Kaspersky: Kibercinayətkarlar "Zoom"-a hücumlar edir

23-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə