Baku Business Factory gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir.
Xeberler.az-ın məlumatına görə, bu məqsədlə aprelin 9-da təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Startap və Vergi Tənzimləməsi” mövzusunda 2-ci seminar təşkil edilib.
Seminarın əsas mövzusu biznes təsis etmək üçün tələb olunan hüquqi proseslər, yeni yaranmış şirkətlər üçün vergi və mühasibatlıq işlərinin aparılması üçün olan qaydalar və yollar və bu kimi digər hüquqi tənzimləmələrlə bağlı olub.
Mövzular bu başlıqda keçirilən birinci seminarın davamı olaraq seçilib. Seminarın əsas məqsədi gənclərin öz bizneslərinə başlayarkən hüquqi baxımdan tələb olunan bütün işləri tam düzgün şəkildə həyata keçirə bilmələri üçün lazım olan bilikləri onlara çatdırmaq olub.
Seminar Synergy Group ASC-in baş mühasibi Rəsul Süleymanov tərəfindən keçirilib.
Seminarda Baku Business Factory-də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak edib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri