Previous Next
Bağla

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025 18:20
“Startup School 3” finalının münsiflər heyəti elan olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı finala yaxınlaşır. Proqramın ən mühüm mərhələlərindən olan “Demo Day” üçün münsiflər heyəti müəyyən olunub.

Xeberler.az bildirir ki, 21 noyabr 2025-ci il tarixində Azərbaycan İnnovasiya Mərkəzində keçiriləcək tədbirdə Azərbaycan, Malta, ABŞ və Türkiyənin innovasiya ekosistemlərini təmsil edən vençur fondlarından ekspertlər münsiflər heyətində təmsil olunacaqlar. Vençur fondların qiymətləndirmə prosesində iştirakı startapların qlobal bazara inteqrasiyasına və investisiya qazanmaq potensialına müsbət təsir edəcək.

Münsiflər heyətinin üzvləri aşağıdakı kimidir:

1. Camal Ağayev – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (Azərbaycan)
2. Samir Hacıbəyli – “Caucasus Ventures” (Azərbaycan)
3. Murat Baday – “Synapses Ventures” (ABŞ)
4. Gonca Kara – “A8 Acceleration Center” (Malta)
5. Turan Özbahçeci – “Ozbahceci Invest Club” (Türkiyə)
6. Orxan Abbasov – SABAH.HUB (Azərbaycan)
7. Telman Mustafayev – “Yeni Fikir” (Azərbaycan)

Tədbirin birinci hissəsi - “Startapların sərgisi” mərhələsində komandalar öz startapları üzrə məhsul və ya həlləri təqdim edəcək, münsiflər heyəti isə bu layihələri təsdiq edilmiş meyarlar (innovativlik, bazar potensialı, komanda bacarıqları və MVP) əsasında qiymətləndirəcəklər. Bu mərhələnin nəticəsi olaraq yalnız ən perspektivli layihələr “pitch” mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsinin əsas hissəsi olan “Pitch” zamanı seçilmiş startaplar öz layihələrini münsiflər qarşısında təqdim edəcək, hər bir layihənin inkişaf perspektivləri, investisiya cəlbetmə imkanları və kommersiyalaşdırma potensialı müzakirə olunacaq. Qiymətləndirmə yekunlarına əsasən ən yaxşı üç layihə qalib elan edilərək mükafatlandırılacaqlar.

“Startup School 3” layihəsi və onun tərkib hissəsi olan “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı Azərbaycanın innovasiya ekosisteminin inkişafına, startapların beynəlxalq bazarlara çıxışına və qlobal tərəfdaşlıqların genişlənməsinə mühüm töhfə verir. Proqram çərçivəsində 100-dən çox startap komandası beynəlxalq təlimçi və mentorların iştirakı ilə hazırlıq mərhələlərindən keçərək öz layihələrini təkmilləşdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Demo Day" başladı- Finala çıxan 30 layihə sərgidə nümayiş olunur

21-11-2025

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025

“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub

25-06-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

Digital Startup Awards proqramının qrand-finalı keçirilib

17-12-2025

ClimateLaunchpad startapının ölkə finalı baş tutub

31-07-2019

“StartUp School 2” layihəsinin qalibi mükafatlandırılıb

10-12-2024

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

“Enterprise Azerbaijan” “IDDA Awards 2025” müsabiqəsində iştirak edir

04-11-2025

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə