Previous Next
Bağla

StartUplar çox unikal bir sahədir və hətta 2-3 nəfərdən ibarət şirkətə milyonlar gətirə bilər.

29-03-2013 14:16
StartUplar  çox unikal bir sahədir və hətta 2-3 nəfərdən ibarət şirkətə milyonlar gətirə bilər.
Məlum olduğu kimi bir müddət öncə ölkədə StartUp Azərbaycan adlı Layihəyə start verilib. Bu Layihə çərçivəsində İnternet-biznes sahəsində müxtəlif tədbirlərin, milli StartUp Müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Hazırda ölkənin İKT sektorunda Milli StartUpların formalaşması yeni bir mərhələdir və bununla bağlı xeyli suallar yaranıb.
StartUp Azərbaycan Komandası dünyada bu sahədə mövcud vəziyyət, uğur qazanmaq yolları,  milli StartUpların formalaşması üçün zəruri olan məsələlərlə bağlı  müxtəlif yazılar  dərc etməyi,  bu sahədə tanınmış mütəxəssislərin müsahibələrini dərc etməyi məqsədəuyğun hesab edib.
Aşağıda İKT İnformasiya Mərkəzinin direktoru, StartUp Azərbaycan Layihəsində mentor olaraq iştirak edən  Fərid Kazımovun  StarUpların uğur göstəriciləri, StartUp Azərbaycan Müsabiqəsinin ölkədə StartUp infrastrukturunun formalaşmasına təsiri  mövzusunda müsahibəsini  təqdim edirik.  

Azərbaycanda Startup müsabiqəsinə start verilib. Ölkəmiz üçün StartUpların əhəmiyyəti nədir və real olaraq biz hansı üstünlükləri əldə edə bilərik?  
“StartUp” – sıfırdan başlayan və ilk inkişaf dövrünü yaşayan biznesləri ümumiləşdirən bir termindir. Bu gün startup dedikdə, əsasən,  innovasiyalar üzərində qurulan və ilk addımlarını atan bizneslər, o cümlədən də oyunlar, proqram əlavələri, internet-layihələr və s. nəzərdə tutulur. Lakin hər internet-saytı startup  adlandırmaq düzgün olmazdı. Startup ilk öncə biznesdir və hər bir biznes kimi gəlir gətirən bir subyekt olmalıdır. Bununla yanaşı StartUplarda “sosial sahibkarlıq” istiqaməti də vardır. Bu tip StartUplar gəlir güdməyən, amma minimal gəlir gətirərək layihənin fəaliyyətini təmin edərək fəaliyyət göstərir.

Deməli StartUp dedikdə ilk öncə biznes anlaşılır, eləmi ?
Bəli. Faktiki olaraq SartUp ilk addımlar atan biznesdir, amma ənənəvi bizneslərdən fərqli olaraq əsasən innovasiyalara, və ya veb üzərində qurulan xidmətlərə üstünlük verilir. Bu çox unikal bir sahədir və hətta 2-3 nəfərdən ibarət şirkətə milyonlar gətirə bilər. Məsələn, iOS və Android üçün oyunlar yaradan İmangi Studios şirkətində 3 nəfər çalışır və onlar son məlumatlara görə, bir neçə milyon ABŞ dolları gəlir gətirən oyunlar buraxıblar. Və ya 17 yaşlı məktəbli Nik D’Aloizio proqram platforması yaratmış və bu günlərədə Yahoo şirkətinə 30 milyon dollara satmışdır. Belə faktlar olduqca çoxdur.
    
Amma indiki halda  Azərbaycan üçün bu tip nümunələr xarakterik deyil axı ?
Azərbaycan üçün bu sahə tamamilə yenidir. Əgər Azərbaycanın İKT sektoruna  nəzər salsaq, ölkədə bu bazarın tamamilə boş olmasının şahidi olarıq. Azərbaycanın veb biznes seqmentində əsasən xəbərlər (day.az 1news.az, vesti.az, navigator.az və s.) və multimedia (video.az, myvideo.az və s.) resurslar vardır.

Sizcə StartUp Azərbaycan çərçivəsində keçirilən Müsabiqə bu sahədə vəziyyəti necə dəyişəcək ?
StartUp Azərbaycan Müsabiqəsinin keçirilməsi – bu, olduqca perspektivli seqmentə daha dərindən və hərtərəfli nəzər salmağa imkan verəcəkdir. Sizi inandırım ki, belə müsabiqələrin əhəmiyyəti olduqca böyükdür – çünki onlar nəinki StartUp yaradan komandaları stimullaşdırır, həmçinin potensial investorların da marağını bu istiqamətdə olan bizneslərə artırır. Nəzərə alın ki, ölkəmizin iqtisadiyyatı stabillik fazasına daxil olmuşdur və bu mərhələdə ənənəvi biznes seqmentlərində uğur qazanmaq olduqca çətindir, amma Azərbaycanın innovativ sahəsində düzgün addımlar atan investorlar 2-3 il ərzində milyonlar qazana bilər. Hesab edirəm ki, 1-2 milyon sərmayə qoyub mağaza açan və ayda 2-3 min manat qazanmaq əvəzinə, ayda 20-50 və hətta 100 min manat qazanmaq hər bir kəs üçün daha maraqlı olardı. Bu imkanlar isə yalnız innovativ seqmentdə mövcuddur. Misal üçün, mənim konsultasiya etdiyim bir investor StartUupa bir neçə il əvvəl 120 min manat investisiya qoymuşdu. Artıq bir ildən sonra layihə özünümaliyyələşmə mərhələsinə daxil olmuşdu. Artıq bir müddət əvvəl isə həmin investora bu layihə üçün bir milyon dollar təklif etmişdilər. Amma o layihəni satmadı – çünki layihə inkişaf edir və növbəti mərhələdə satışdan daha çox qazanmaq olar.

Sizcə StartUplar yeni biznes sektorunun formalaşmasına necə təsir edəcək.?
StartUpların sosial əhəmiyyəti də vardır – bu istedadlı insanların sahibkar olmasıdır. Yeni iş yerləri açılır, biznesin qurulması üçün zəruri biliklər artırılır, Azərbaycan qlobal informasiya cəmiyyətinə inteqrasiya olunur. Gənclərin StartUpların yaradılmasında üstünlük təşkil etməsini nəzərə alsaq, sahibkarlığın “cavanlaşma” prosesi cəmiyyətimiz üçün çox əhəmiyyətli olmasını xüsusilə qeyd etmək istəyirəm. Bunun müsbət nəticələrini cəmiyyətimiz az bir zamanda görəcəkdir. Müasir Azərbaycanın qurulmasında cavanların biznesə inteqrasiyası milli maraqlarımız üçün strateji xarakter daşıyır və Azərbaycanın 2020-ci ilə qədər Milli Strategiyasının ayrılmaz hissəsidir.  

StartUpların biznes kimi belə müsbət cəhətlərinin olmasına baxmayaraq nə üçün Azərbaycanda indiyədək bu seqment inkişaf etməyib?
Bunun əsas bir neçə səbəbi vardır. İlk olaraq, internet istifadəçilərinin kritik kütləsi indi formalaşmışdır. Bununla yanaşı dövlətin elektron xidmətləri təşviq etməsi əhalini ümumiyyətlə veb-xidmətlərə daha da yaxınlaşdırır.
Qeyd etmək lazımdır ki, keyfiyyətli proqram həlləri və ya kompüter oyunları yaratmaq və yaxud internet layihələri həyata keçirmək üçün güclü proqramlaşdırma bilikləri olmalıdır. Belələri ölkəmizdə olsa da onların əksəriyyətində biznes bilikləri yoxdur. Amma elə komandalar da var ki, özündə həm texniki, həm də biznes bilikləri olan mütəxəssisləri birləşdirir. Həmin komanda da biznes nöqteyi-nəzərdən maraqlı ideya fikirləşir və texniki olaraq onu reallaşdıra bilər. Amma bunun üçün maliyyə lazımdır – və onlar bu maliyyəni tapa bilmirlər. StartUp Azərbaycan müsabiqəsinin məqsədi də maraqlı ideyaları olan komandaları investorlarla bir müstəviyə gətirməkdir. İnanmaq istəyirəm ki, müsabiqədə maraqlı layihələr iştirak edəcək və real olaraq investorları maraqlandıracaqdır.

Deməli ideyanl fikirləşib onu reallaşdırmaqla müvəffəqiyyət qazanmaq olar? 
Hər bir gözəl ideya pul gətirə bilməz və investorları perspektivdə olsa da dividend gətirən layihələr maraqlıdır. Hər bir layihənin əsasında maliyyə prinsipləri əsasında bisnes-model olmalıdır. Əks halda bu layihə investoru cəlb etməyəcək. Azərbaycan StartUpçıları üçün bu məsələ real olaraq problemdir və onun həlli hər bir komandaya özünüdərketmədə yeni bir səviyyəyə qaldıra bilər. Mən başa düşürəm ki, bu çox çətindir, bizim gənclər hələ bu modelin qurulmasını çox qəliz sayırlar. İdeyanı formalaşdıran zaman, hətta layihəni reallaşdıran zaman bu haqda fikirləşmirlər. Amma bu hər bir layihənin biznes müvəffəqiyyətinin əsasıdır. Bu proses zaman, təcrübə və biliklərin dərinləşməsini tələb edir. Əks halda bu sadəcə olaraq çoxlu istifadəçilərin ziyarət etdiyi növbəti layihə olacaq, amma gec-tez maliyyə gətirmədiyi üçün layihə ya bağlanacaq, ya da daha inkişaf etdirilməyəcək. Çünki komanda üzvləri yaşamalıdır, ailələrini dolandırmalıdır və ümumiyyətlə həyatlarına davam etməlidirlər.

Bəs onda StartUpçılar bu dediyiniz keyfiyyətləri necə qazanacaqlar ?
Müsabiqə çərçivəsində keçirilən tədbirlərdə iştirakçılara biznes modellərə əsaslanan layihə prinsipləri üzrə Təlimlər keçiriləcək. Hamını inandırmaq istəyirəm ki, StartUp müsabiqələrinin xüsusiyyəti ondadır ki, burada qalib gəlmək əsas deyil. Əsas biznes-modelli maraqlı layihə formalaşdırmaq və onun beta versiyasını təqdim etməkdir. Əgər sizin layihə doğrudan da gəlir gətirmək potensialına malikdirsə, ona müsabiqədə qalib gəlmədən də investisiya cəlb etmək olar. Axı məqsəd qalib gəlmək deyil, yüksək gəlirli biznes qurmaqdır. Buna görə də, İKT sahəsində layihə həyata keçirmək ambisiyası olan hər bir komanda bu müsabiqədə iştirak etməlidir. Bir vacib məsələni də qeyd edim – StartUp reallaşdırıb milyonlar qazananlar ilkin mərhələdə orta hesabla 2-4 layihə üzrə uğursuzluğa düçar olublar. Bu da olduqca mühüm təcrübədir. Bu da olmalıdır və heç kim bundan sığortalanmayıb. Maraqlıdır ki, xarici investisiya fondları belə StartUpçılara maliyyəni daha rahat verirlər, çünki bilirlər ki, bərkdən-boşdan çıxmış sahibkar daha iradəli və hazırlıqlıdır və nə istədiyini də bilir, problemləri də dərk edir.

StartUplarda ən vacib məsələ nədir? İdeya və yaxud reallaşdırılmış layihə?
Ən mühim məsələ komandadır. Çünki peşəkarlardan ibarət komanda olsa, onlar çox rahat və tez bir zamanda istənilən maraqlı ideya əsasında layihənin beta versiyasını hazırlaya bilərlər. Yaxud layihə “getməsə” tez bir zamanda onun funksionalını dəyişdirib yeni StartUpla bazara çıxa bilərlər. İdeyanı özündə gəzdirən, özünü hamıdan ağıllı sayan “idealistlərdən” müvəffəqiyyətli StartUpçı çıxmır. Əfsuslar olsun ki, bizdə əksəriyyət “ideya daşıyıçısıdır”.   Yeri gəlmişkən  qeyd edim ki StartUp Azərbaycan çərçivəsində komanda formalaşdırılması istiqamətində də tədbirlər və maraqlı tərəflərin iştirakı ilə müxtəlif görüşlərin keçirilməsi  nəzərdə tutulub.
Möhkəm komandası olanlara isə məsləhət görürəm ki, investorlara müzakirələrə artıq reallaşan layihə ilə başlasınlar. Əgər beta versiya minimal olsa da maliyyə gətirirsə, onda bu investisiyanı cəlb etməkdə işi olduqca asanlaşdırır. StartUpları həyata keçirən zaman ilkin mərhələdə biznes-mələklərin – fərdi investorların investisiyalarını cəlb etmək daha məqsədəuyğundur. Biznes-mələklər fərdi investorlardır və adətən ilkin mərhələdə maliyyə ilə layihəni dəstəkləyirlər və onu investisiyaların sonrakı raundlarına qədər maliyyələşdirirlər. StartUpların reallaşması zamanı mentorların da köməyindən istifadə etmək məsləhət görülür. Biznes sahəsində təcrübəsi olan mentorlar bizim dillə desək “ağsaqqal” rolu oynayır və məsləhətləri layihənin düzgün inkişafına kömək edir.
Əminəm ki, Müsabiqənin sonunda biz Azərbaycanda ən azı 3-4 maraqlı StartUpın yaranmasının şahidi olacağıq.   

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013

Milli StartUpların qeydiyyatına başlanıb

27-03-2013

“Startup Azərbaycan 2014” Təşkilat Komitəsinin toplantısı keçiriləcək

12-03-2014

Milli Startupların qeydiyyatı başa çatıb və ilkin səsvermə başlanıb

22-05-2013

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Startup Azərbaycan Müsabiqəsində səsvermənin 2-ci mərhələsi başlayıb

21-06-2013

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

26-05-2014

StartUp Azərbaycan Layihəsi fəaliyyətə başlayır

19-03-2013

Milli startuplarla bağlı maraqlı tədbirlər gözlənilir

29-05-2013

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

Startup Günləri keçiriləcək

15-10-2013

Bakıda Startup Günləri keçirilir

07-11-2013

“Startup Azərbaycan” layihəsi çərçivəsində “Startup Məktəbi”nin yaradılması nəzərdə tutulub

18-10-2013

Milli Startupların qeydiyyatı başa çatıb

21-05-2014

İnternet - biznes sahəsində investisiya mühiti və milli Startuplar - KONFRANS

10-04-2013

Startup Bakı Toplantısı keçirilib

26-04-2014

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

Startuplar və İnternet biznes sahəsində maraqlı tərəflərin görüşü keçirilib

07-06-2013

“Azərbaycanda İnternet biznes : mövcud vəziyyət və inkişaf perspektivləri” konfransı keçiriləcək

27-06-2013

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

05-05-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə