“Steve Jobs bir iş adamı idi, zəngin olmaq istəyirdi”

02-11-2015 / 11:59

Apple şirkətinin qurucularından Steve Wozniak gələcəkdə insanları daha çox anlayan maşınlara ehtiyac duyulacağını deyib. 

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Wozniak müasir texnologiyanın yeni hədəfinin “ev robotları” olduğunu bildirib:

"Gəncliyimdə kiminsə öz kompüterinə sahib olması kimi vəziyyətlərə rast gəlmək mümkün deyildi.  Kompüterin biri  bir ev qiymətinə idi. Hər şeyi sıfırdan başlasam özümü robotlara həsr edərəm. İlk işim proqramlaşdırma ilə məşğul olmaq olar. Hesab edirəm ki, yaxın zamanlarda maraqlı texnologiyalar çox olacaq. Məsələn, avtomobilimizi yuyan robot. Gələcəkdə insanları daha çox anlayan texnologiyaya ehtiyac var. Gələcək süni zəkadan ibarət olacaq".

Steve Wozniak Apple-nin digər qurucusu Steve Jobs üçün də fikirlər söyləyib:

"Mən hər kəsin 300 dollara öz kompüterini istehsal etməsini istərdim. Amma Steve-in belə bir dərdi yox idi. Onun ağlındakı tək şey bir kompüter parçasını 20 dollara edib 30 dollara satmaq idi. O bir iş adamı idi, zəngin olmaq istəyirdi ".

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə