Previous Next
Bağla

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017 10:33
Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin “Big Data-nın proqram mühəndisliyinin bəzi problemləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.

Məruzəni təqdim edən şöbənin əməkdaşı, institutun böyük elmi işçisi Aybəniz Əliyeva bildirib ki,  böyük həcmli verilənlərin toplanması, emalı, inteqrasiyası, analizi və arxivləşdirilməsi ilə bağlı tələblər böyük verilənlər həcminə, intensivliyinə və mürəkkəbliyinə görə standart proqram platformalarının imkanlarını aşır, verilənlərin ənənəvi üsullarla emalı zamanı müəyyən problemlər yaradır.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Sonra məruzəçi İKT sahəsində əsas tendensiyalar və onun proqram mühəndisliyinə təsiri haqqında məlumat verib. O, qeyd edib ki, texnoloji tendensiyalar  proqram mühəndisliyində  iki problemin yaranmasına səbəb olur.

Bir tərəfdən, proqram mühəndisliyinin mövcud problemləri  müasir İT-nin mürəkkəbliyi, ölçüsü və ya  dinamikliyi üzündən dərinləşir. Digər tərəfdən, informasiya texnologiyaları proqram təminatının problemlərinin həlli üçün yeni imkanlar təklif edir. Nəticədə, bu imkanların necə istifadə edilməsi ilə bağlı problemlər yaranır.

Big Data-nın proqram mühəndisliyi problemlərindən danışan A.Əliyeva bildirib ki, buraya Big Data üçün miqyaslanan proqram təminatı arxitekturalarının kifayət qədər inkişaf etməməsi, onun proqram təminatının onlayn diaqnostikası, proqram təminatının keyfiyyətinin proqram mühəndisliyinin texniki üsullarının  vasitəsilə təmin edilməsi və s. daxildir.

O, böyük həcmli verilənlərin emalında  istifadə olunan ETL (Extract, Transform, and Load)  proqram təminatının sınaqdan keçirilməsi zamanı yaranan problemləri nəzərə çatdırıb.  Həmçinin problemin həlli üçün təklif olunmuş test  proqramının strukturunu təqdim etdi. Test verilənlərinin generasiyası, onların ötürülməsi və dəyişikliyinin yoxlanılması haqqında məlumat verib.

Araşdırmanın nəticələri barədə çıxış edən məruzəçi Big Data-nın proqram mühəndisliyi sahəsində yaranan problemlərin əsasən verilənlərin miqyaslanması amili ilə bağlı olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, miqyaslanmaya malik verilənlər sistemlərinin yaradılması və layihələndirilməsi üçün Big Data texnologiyalarından istifadə proqram təminatı arxitekturasının layihə müəllifləri üçün ciddi problemlər yaradır. Onların həlli üçün layihə müəlliflərinin birgə işi və texniki biliyi, miqyaslanma və yeni texnologiyaların fundamental məsələlərinin nəzərə alınması əhəmiyyətli rol oynaya bilər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb. Məruzənin mayın 17-də keçiriləcək “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransına təqdim olunması qərar alınıb.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Proqram mühəndisliyi və Data Science

Proqram mühəndisliyi və Data Science

19-05-2017
Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Proqram mühəndisliyi ilə bağlı problemlər müzakirə edilib

Proqram mühəndisliyi ilə bağlı problemlər müzakirə edilib

24-10-2016
Proqram məhsullarının istehsalında nələrə diqqət etməli?

Proqram məhsullarının istehsalında nələrə diqqət etməli?

27-04-2017
AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017
Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

Böyük həcmli verilənlərin analizi problemləri araşdırılır

29-10-2015
Big Data konfransı başa çatdı

Big Data konfransı başa çatdı

25-02-2016
“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

“Big Data sahəsində kadrlara böyük ehtiyac var”

06-07-2017
Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Universitetlərdə proqram mühəndisliyi fənni tədris edilə bilər

Universitetlərdə proqram mühəndisliyi fənni tədris edilə bilər

29-09-2015
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025
Yaşıl İT sahəsində problemlər araşdırılır

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018
Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025
Elmi jurnalın saytı necə işlənilməlidir?

Elmi jurnalın saytı necə işlənilməlidir?

29-09-2017
Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025
BakuTel sərgisində elmi-praktik konfrans təşkil olunacaq

BakuTel sərgisində elmi-praktik konfrans təşkil olunacaq

27-10-2015
İnternet-reklamda hansı proqramlardan istifadə edilir?

İnternet-reklamda hansı proqramlardan istifadə edilir?

12-05-2017
Təhsil sistemində proqram təminatı necə qurulub?

Təhsil sistemində proqram təminatı necə qurulub?

02-05-2017
Bakıda Big Data Day keçiriləcək

Bakıda Big Data Day keçiriləcək

14-03-2016
Proqram təminatını sərfəli qiymətə necə əldə etməli?

Proqram təminatını sərfəli qiymətə necə əldə etməli?

12-05-2017
Azərbaycan proqram təminatını qanuniləşdirir...

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə