Bakıda ilk dəfə “Böyük Həcmli Verilənlərin Günü 2015” (Big Data Day Baku 2015) konfransı baş tutacaq.
Xeberler.az-ın məlumatına görə, “Big Data Day Baku 2015 “ Azərbaycanda Böyük Həcmli Verilənlər - BHV (Big Data) sahəsində təşkil olunacaq ilk tədbir olacaq.
Bir günlük konfrans Qafqaz Universiteti Texnoparkı nəzdində fəaliyyət göstərən CeDAWI (Center of Data Analytics and Web Insights) araşdırma mərkəzi, IEEE Kompyuter Cəmiyyətinin Azərbaycan şöbəsi təşkilatçılığı və bir sıra Oracle, EMC, Micrisoft, Azercell, ATL Group kimi tanınmış xarici və yətli şirkətlər iştirakı ilə mayın 16-da Qafqaz Universitetində keçiriləcək.
Universitetdən Xəbərlər-ə bildirilib ki, dünya trendlərinə uyğun olaraq Azərbaycanda İnternet istifadəçiləri sayının, emal olunan verilənlərin həcminin və İnternet əsaslı xidmətlərin artması nəticəsində əsas 3 problem ortaya çıxır: həcm, müxtəlifik və sürət. Verilənlərin həcminin sürətlə artması, verilənlərin formatının və tipinin müxtəlif olması və bu verilənlərin emalı üçün tələb olunan sürət, BHV-in ənənəvi üsullarla idarə olunmasını mümkünsüz edir. BHV erasının verdiyi imkanlardan faydalanmaq üçün xüsusi yanaşmalar, texnologiyalar və platformaların araşdırılması və istifadəsi zəruridir. Təşkilatçılar, bu səbəbdən diqqəti BHV-ə, xüsusilə verilən mədənçiliyi (Data Mining), verilənlərin analiz üsulları və metodları, maşın öyrənmə üsulları, təbii dil emalı, klaster əsaslı hesablamalar kimi mövzulara yönəldəcəklər.
Tədbirin əsas məqsədi, cəmiyyətdə Böyük Həcmli Verilənlərin (Big Data) gətirdiyi yeni imkanlar və çətinliklər barəsindəki fikirlər formalaşdırmaq, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq, tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və Verilənler Elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirməkdir.
Qeyd edilib ki, konfransda İnformasiya Texnologiyası sahəsində yerli və xarici mütəxəssislər iştirak edəcək və tədbir iştirakçılarına BHV imkanları, infrastrukturu, idarə və analiz etmə texnologiyaları barəsində məlumatlar veriləcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri